Icma.az
close
up
RU
Dünya Yeni ili necə qarşılayır?

Dünya Yeni ili necə qarşılayır?

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaşadığımız 2024-cü il iyirmi birinci yüzilliyin təqvimində tarixə qovuşdu. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olan Yeni il yeni təqvimdir. Mənbələrə əsaslanıb vurğulayaq ki, bu bayramı ilk dəfə qədim çinlilər qeyd edib, amma bəzi mənbələrdə qədim germanların və romalıların adı ilə bağlayırlar. Hansı ölkənin adı ilə bağlı olmasından asılı olmayaraq, artıq tarixin müxtəlif dönəmlərində bu bayram dünya xalqlarının bayramına çevrildi. Hər bir ölkə özünəməxsus bir tərzdə Yeni ili qarşılayır. Bu bayramın yaranmasının 25 əsrdən artıq tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə Qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda, əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək, sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.
ƏN QISA GÜNDÜZ ƏN UZUN GECƏYLƏ NÖVBƏLƏŞİR
Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış - yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı" adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə, bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.
Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa, daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçirmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.
STRASBURQDA YENİ İL GECƏSİ
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya, Amerikaya yolkanı, burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ Evin qarşısında bu mərasim keçirilir. Beləcə, şam ağacı bütün dünyada məşhurlaşıb.
Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə, xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də, bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta Baba Per Noel - yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə, bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq, ətir qəbul etməsi yaxşı hal hesab olunmur.
Yeni il, həmçinin, Azərbaycanda da qeyd olunur. Şənliklər keçirilir, uşaqlar Şaxta Baba ilə Qar Qızın yolunu gözləyir. Əslində, yeni il təqvimin yenilənməsinə görə qeyd olunur.

İTALİYADA UŞAQLARIN ŞAXTA BABALARI YOX, ŞAXTA NƏNƏLƏRİ VAR

Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da, dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı - ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta Baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır. İtaliyada yeni ildə uşaqların isə Şaxta Babaları yox, Şaxta nənələri var. Onun adı Befan Nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da, Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə, onlar həm də köhnə illə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz, ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında, bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

BRİTANİYALILAR İLK QONAĞI BÖYÜK HƏYƏCANLA GÖZLƏYİRLƏR

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən, ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə, ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə, o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.
Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta Babanın onlara göz qoymasından ehtiyatlanaraq, ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.
Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən, ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr, yeni il daha bərəkətli olacaq.

YENİ İL BAYRAMININ XEYİRXAH OBRAZLARI: BACATƏMİZLƏYƏN VƏ DONUZ

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu, onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.
Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Bu, əlbəttə, sonuncunun bayram süfrəsində həzm-rabedən keçirilməsinə mane olmur.
Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini küçələrdə şənlənməklə və karnavallarla keçirirlər.

MÜXTƏLİF KARNAVALLAR, BALLAR…
Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət və xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl, Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin, ağac bəzəmək də öz əksini tapıb. Məhz küknar ağacı 19-cu əsrin axırlarında dəbə minib.
Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər - salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib, gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar və ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.
Yeni il dünyanın müxtəlif qitələrdə qeyd olunur. Məsələn, Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə, hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan, il xoşbəxtlik içində keçəcək. Yaponiyada isə bayram günü Budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da, gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.
YENİ İLİN GƏLİŞİNƏ MANE OLAN ŞƏR QÜVVƏLƏR

Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla, çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir.
Hər bir ölkə özünəməxsus ab-hava ilə yeni ili qarşılayır. Hər yeni il gələcəyə açılan yoldur. Bayram özü ilə yeni arzular, yeni ümidlər gətirir. Qoy 2022-ci il hər bir insanın həyatında ən uğurlu illərdən biri olsun. Bütün insanları, xüsusilə də, dünya azərbaycanlılarını bayram münasibəti ilə təbrik edir, səmamızın açıq, ölkəmizin ruzili-bərəkətli, əmin-amanlıq şəraitdə olmasını arzulayırıq. Yeni iliniz mübarək!
Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see131

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see131

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see126

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see126

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see125

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see122

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see120

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see119

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see119

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see118

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see117

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see116

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see114

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see111

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see111

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see110

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri