Icma.az
close
up
RU
Fərid Nəbiyev: “Kəpəz”in bu qələbəyə çox ehtiyacı var idi” MÜSAHİBƏ

Fərid Nəbiyev: “Kəpəz”in bu qələbəyə çox ehtiyacı var idi” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Böyük hesablı qələbə gözləmirdik, lakin həftə ərzində oyuna çox yaxşı hazırlaşmışdıq”.

Bunu “Kəpəz”in yarımmüdafiəçisi Fərid Nəbiyev futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının 8-ci turunda mövsümdə ilk qələbənizi qazandınız. “Şamaxı” üzərində 4:1 hesablı qələbəni necə şərh edərdiniz?

- “Şamaxı” çox yaxşı komandadır. Güclü müdafiə olunurlar. Buna görə də işimizin çətin olacağını bilirdik. Rəqib hesabda önə keçsə də, ruhdan düşmədik, çalışdıq əlimizə düşən fürsətləri dəyərləndirək. İlk hissədə geridönüş edə bildik. Rəqibin qırmızı vərəqə alması bizi bir qədər də rahatlaşdırdı. Çox gözəl, vacib qələbə qazandıq. Komandamızı təbrik edirəm. Biz buna layiqik. Həm də komandanın bu qələbəyə çox ehtiyacı var idi.

- Bu cür böyük hesabla qələbə qazanacağınızı gözləyirdiniz?

- Böyük hesablı qələbə gözləmirdik, lakin həftə ərzində oyuna çox yaxşı hazırlaşmışdıq. Bizi nə gözlədiyini bilirdik. “Şamaxı” hər bir rəqibə çətinlik yarada bilir. Amma hər bir komanda kimi, onların da boşluqları var. Çalışdıq həmin boşluqlardan faydalanaq.

- Demək olar ki, çempionatdakı fasilə “Kəpəz” üçün faydalı oldu?

- Əlbəttə, demək olar. Milli fasilə bizim üçün faydalı oldu.

- Bu qələbədən sonra “Kəpəz”in “qara zolaq”dan çıxdığını söyləmək mümkündür, yoxsa hələ tezdir?

- Bu qələbə bizə çox lazım idi. İlk 7 turda xal qazana bilməmişdik. Ona görə də qələbəyə çox ehtiyacımız var idi. Lakin artıq bu oyunu unutmalıyıq. İndi əsas məsələ bunun ardını gətirməkdir. Çünki qələbəyə, xallara çox ehtiyacımız var.

- Azər Bağırovun gəlişi komandada nəyi dəyişib?

- İstər-istəməz komandada baş məşqçi dəyişikliyi olanda bu, futbolçulara təsir edir. Motivasiya artır. Ümumi olaraq Adil müəllimə də təşəkkür edirəm. İndi komandanı Azər müəllim çalışdırır. Əlimizdən gələni edirik ki, onun tapşırıqlarını yerinə yetirək. Bütün gücümüzü meydanda qoyacağıq ki, baş məşqçimizin istəklərini yerinə yetirib qələbələr qazanaq.

- “Şamaxı” ilə matçda iki qol vurdunuz. Öz çıxışınızdan razı qaldınız?

- Bu, mənim maksimumum deyil. Daha da qalxa bilərəm. Əlimdən gələni edəcəm ki, növbəti matçlarda da komandama faydalı olum.

- Yəni qolların ardı gələcək?

- İnşallah. Bunun üçün daha çox çalışacağam.

- Növbəti turda qarşılaşacağınız “İmişli” ilə görüşdən gözləntiləriniz nədir?

- Artıq sabahdan həmin matçın hazırlıqlarına başlayacağıq. Məşqçilərimiz rəqibi analiz edəcəklər, bizə lazımi məlumatları çatdıracaqlar. Biz də əlimizdən gələni edəcəyik ki, həmin matçda da qələbə qazanaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Oktyabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri