Icma.az
close
up
RU
Dünya yeni nüvə təhlükəsi erasına qədəm qoyub, təhlükəsizlik dövrü başa çatıb The Wall Street Journal

Dünya yeni nüvə təhlükəsi erasına qədəm qoyub, təhlükəsizlik dövrü başa çatıb The Wall Street Journal

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hazırda ABŞ və Rusiya arasında əhəmiyyətli razılaşmalar təhlükə altındadır, Çin nüvə ehtiyatlarını üç dəfə artırmaq niyyətindədir..."

Silahlara nəzarətlə bağlı müqavilələr dağılır, nüvə dövlətləri öz arsenalını gücləndirir və bu silahların yayılma riski artır.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

"Soyuq müharibə"nin sonunda dünyanın aparıcı dövlətləri belə qənaətə gəlib ki, nüvə silahlarının azaldılması planeti daha təhlükəsiz edəcək. Lakin bu dövr artıq başa çatıb, nəşr yazır.

Silahlara nəzarətlə bağlı müqavilələr dağılır, nüvə dövlətləri öz arsenalını gücləndirir və bu silahların yayılma riski artır. Taktiki nüvə silahlarının döyüş meydanında üstünlük əldə etmək üçün istifadə edilmə ehtimalı getdikcə daha çox müzakirə olunur.

Nüvə müharibəsi qorxusuna yenidən dönüş 1945-ci ildə Nyu-Meksikoda "Triniti" poliqonunda ilk nüvə partlayışı ilə başlayıb. 1963-cü ildə ABŞ prezidenti Con Kennedi "soyuq müharibə" dövründə nüvə silahlarının onlarla ölkənin əlinə keçməsi ilə bağlı gələcəkdən narahat olduğunu bildirib və bunu "ən böyük mümkün təhlükə" adlandırıb.

Onilliklər boyu silah nəzarəti müqavilələri, texniki maneələr və qarşılıqlı zəmanətli məhvetmə prinsipi ən pis ssenarilərin qarşısını almağa kömək edib.

Razılaşmaların aşınması

Qlobal nüvə silahı ehtiyatları 1980-ci illərin ortalarında ən yüksək səviyyəyə çatıb, lakin sonradan tədricən azalmağa başlayıb. ABŞ və Sovet İttifaqı 1991-ci ildə strateji silahların azaldılması haqqında ilk müqavilə (START) imzalayıb.

Lakin hazırda Rusiya və ABŞ arasında əhəmiyyətli razılaşmalar təhlükə altındadır. Orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilə ləğv edilib, döyüş başlıqlarının sayını məhdudlaşdıran müqavilənin müddəti isə gələn ilin əvvəlində başa çatır.

Vaşinqton Rusiya və Çinin artan təhdidlərinə qarşı nüvə potensialını genişləndirməyin vacibliyi barədə getdikcə daha çox danışır ki, bu da yeni bir silahlanma yarışına səbəb ola bilər.

Hesablamalara görə, Çin 2035-ci ilə qədər nüvə ehtiyatlarını üç dəfə artırmağı planlaşdırır. Onun arsenalında artıq ABŞ-ın ərazisinə çata biləcək təxminən 600 qitələrarası raket mövcuddur. Lakin Pekin Rusiya və ABŞ-la nüvə güclərinin məhdudlaşdırılması üzrə danışıqlar aparmaq təkliflərini rədd edir.

Taktiki təhdidlərin artması

ABŞ və Rusiya strateji ehtiyatlarını azaldarkən, taktiki nüvə silahları ilə bağlı narahatlıqlar artır. Onun daha kiçik gücü və daha qısa fəaliyyət radiusu adi hərbi münaqişələrdə istifadə edilməsinə imkan verir. Moskva dəfələrlə Ukraynada bu silahdan istifadə edə biləcəyinə işarə edib. Noyabr ayında Rusiya hətta doktrinasını yeniləyərək onun istifadəsi üçün əsasları genişləndirib.

1970-ci il Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) ilə təsbit olunmuş nüvə silahlarının yayılmasının qarşısını almaq səyləri təzyiq altındadır. Hərçənd bu müqaviləni 191 dövlət imzalayıb, üç nüvə dövləti hələ də ona qoşulmayıb, Şimali Koreya isə 2003-cü ildə ondan çıxıb.

NSYM-nin iştirakçısı olan İran nüvə silahı yaratmağa bir neçə aylıq məsafədədir. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, əgər İran uğur qazansa, onun ardınca gedəcək.

Nüvə təhdidləri

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Dov Zakhaym hesab edir ki, ABŞ prezidenti Co Baydenin Ukraynaya Qərb raketlərindən Rusiya ərazisində istifadə etmək icazəsi verməsi onun səlahiyyət müddətinin sonuna yaxın Rusiyanın nüvə təhdidindən çəkinmədiyini göstərir. Bu təhdid isə hələ reallaşmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri