Icma.az
close
up
RU
Статья не опубликована
Dünyada 15 illik tibb təhsili yoxdur

Dünyada 15 illik tibb təhsili yoxdur

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

“Təhsildə xaricdə təcrübə qazanmaq vacibdir. Bu gün ölkəmiz bu yoldan geniş istifadə edir. Hər il onlarla, yüzlərlə gəncin xaricdə təhsilinə böyük vəsait xərclənir. Birmənalı olaraq bunun faydasını görəcəyimizi düşünürəm”.

Bunu "Azərbaycan müəllimi”nə müsahibəsində millət vəkili, Əməkdar həkim Rəşad Mahmudov deyib.

O bildirib ki, ancaq xaricə göndərilən kadrların ölkəyə qayıtması üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır:

“Xaricə gedənlərin sayının çoxluğundan deyil, onların qayıtmamağından ehtiyatlanmalıyıq. Hədəfimiz xaricə gedənlər üçün bütün imkanları yaratmaq olmalıdır ki, onlar qayıtsınlar. İlk növbədə də təhsilverən ən yaxşı tələbəsinin başqa yerə getməməyində maraqlı olmalıdır. Universitet özü ən yaxşı tələbələrini seçib xaricə göndərməli, öz imklanları ilə onların başqa ölkələrin təcrübələri ilə tanış olmalarını təmin etməlidir, 2-3 aylıq təcrübə mübadiləsi ilə öz ölkəsinə verdiyi töhfələri artırmağa çalışmalıdır”.

Millət vəkili əlavə edib ki, tibb təhsilində problemlər təhsilalanların təcrübə qazana bilməmələri ilə məhdudlaşmır. Hətta tibb üzrə təhsil səviyyələrində belə boşluqlar var:

Bu boşluq isə bakalavr və ondan sonrakı davamlı tibb təhsilinin mexanizmlərində ədalətsizliyə gətirib çıxarır. Müqayisəli analiz edəndə bu ədalətsizlik daha aydın görünür. Məsələn, qarşıma alternativlər qoyulsa, övladımın Türkiyə, Almaniya, yoxsa Azərbaycanda təhsil alması ilə bağlı qərarı heç düşünmədən verər, ölkəmizdə tibb təhsili almasını istəmərəm. Çünki bakalavriat, magistratura və doktorantura səviyyəsinin qanunvericiliklə tənzimlənən mexanizmi beynəlxalq mexanizmlə müqayisədə təzadlıdır və Azərbaycanda tibb təhsili alanlar bir addım geridə qalırlar".

Deputat daha sonra deyib:

"YUNİSEF-in qəbul etdiyi beynəlxalq standartlara görə, 8 mərhələdən ibarət tibb təhsilinin sonuncu səviyyəsi doktoranturadır və bu, təhsil sistemlərində bütün istiqamətlər üzrə son mərhələdir. VI mərhələ bakalavriat, VII magistratura, VIII səviyyə isə doktoranturadır. Qərb, Türkiyə daxil olmaqla Avropa təhsil sistemində 6 illik tibb təhsili alan şəxs VII mərhələni bitirmiş sayılır. Yəni, həmin ölkələrin qanunvericiliklərinə görə, bakalavr və magistraturanı bitirən şəxslər VII təhsil səviyyəsindədirlər. Hətta ABŞ başda olmaqla bir çox ölkələrdə 4 illik tibb təhsili həkim olmaq üçün yetərli sayılır. Məsələn, paramedikal, tibblə əlaqəli bir çox sahəyə getmək istəyirsənsə, 4 illik təhsil yetərlidir. Sonrakı 2 ili də təhsil alırsansa, VII mərhələ bitir. Bundan sonra doktorantura və ya ona ekvivalent olan beynəlxalq səviyyələrdən keçirsən. Hər 100 nəfərdən 10-15 nəfəri paralel olaraq elmi tibblə də məşğul olur. Buna görə ayrıca zaman sərf etməyə ehtiyac yoxdur. Almaniyada 6 illik tibb təhsili aldıqdan sonra 4-5 illik yüksək ixtisaslaşma ilə birlikdə elmi işlərini yaza, müdafiəsini edə bilirlər. Türkiyədə rezidenturanın ekvivalenti olan uzmanlıq doktoranturanı əvəz edir, yəni tələbə VIII mərhələni bitirmiş kimi qəbul olunur. Azərbaycanda isə qanunvericilik adı belə bəlli olmayan bu mərhələni VII mərhələ olaraq qəbul edir. 6 illik tibb təhsili baza təhsili sayılır, amma buradan birbaş VIII səviyyəyə adlaya bilməz, tələbə rezidentura təhsili almalıdır. Onda soruşuram, rezidenturanı bitirən doktorant olmaq üçün nə etməlidir, yenidən 4 il oxumalıdır? Oxuyacaqsa, 6 il baza təhsili, 5 il rezidentura, daha 4 il doktorantura səviyyəsində təhsil almaq o deməkdir ki, 15 il təhsil almalıdır, halbuki dünyada 11-12 ildən çox tibb təhsili yoxdur. Hesab edirəm ki, dəyişikliklərə qanunvericilik yönündən başlamalıyıq. Bunu Milli Məclisdə də gündəmə gətirmişəm”.

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 15 Yanvar 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see302

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see208

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see202

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see191

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see162

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see153

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see130

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see128

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see127

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see124

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see123

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see123

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see121

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see121

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see120

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see119

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see119

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri