Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Dünyada Azərbaycanla Türkiyə kimi kökü bir olan qardaş dövlətlər var, ancaq münasibətləri oxşar deyil

Dünyada Azərbaycanla Türkiyə kimi kökü bir olan qardaş dövlətlər var, ancaq münasibətləri oxşar deyil

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyində keçirilən görüşdə Zakir Həsənov Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və inkişafını müsbət qiymətləndirib. Görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər dünyada iki qardaş dövlət arasındakı olan münasibətlərin ən zirvədə olanıdır: “Dünyada iki qardaş, çox yaxın olan dövlətlər mövcuddur. Lakin bu iki qardaş ölkə arasındakı münasibətlərin, oxşarı və bənzəri mövcud deyil. Dili, dini kökü, tarixi bağlılıq, mədəni əlaqələr və s. birliyi tarixi və dərindir”.

Vüqar İskəndərov

Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı bu yaxınlıq və müttəfiqlik münasibətləri “Şuşa Bəyannaməsi” ilə öz möhürünü vurmuş oldu.

“Bu müqavilənin bəndlərini oxuduqca bir daha anlayırıq ki, Azərbaycanla Türkiyə arasında həyatın bütün sahələri həmin bəndlərdə öz əksini tapır və münasibətlər zaman ötdükcə ən yüksək zirvəyə çatmaqdadır”-deyən Vüqar İskəndərov bildirib ki, hərbi texniki sahədə də Azərbaycan və Türkiyə münasibətləri inkişafa doğru addımlayır.

“İki ölkə arasında ildə bir neçə dəfə hərbi təlimlərin keçirilməsi, müdafiə nazirlikləri, müdafiə sənayesi sahəsindəki qarşılıqlı və faydalı əməkdaşlıq, iki ölkənin hərbçilərinin birgə məsləhətləşmələri, eyni zamanda birgə təlimləri, həmçinin hərbi sənaye kompleksinin inkişafındakı göstərilən qarşılıqlı dəstəklər, mütəmadi səfərlər ən çətin zamanlarda iki ölkənin birgə iştirakçılığı dediklərimizə bariz nümunədir”-deyən deputatın fikrincə, Türkiyə Milli Müdafiə naziri Yaşar Gülərin Təhlükəsizlik Şurasının başçısının Azərbaycana səfəri cənab Prezident İlham Əliyev tərəfindən onların qəbul edilməsi və orada müzakirə olunan məsələlər bir daha onu deməyə əsas verir ki, münasibətlər yeni çağırışlara əsasən daha da genişləndirilir.

“Səfər çərçivəsində tərəflər hərbi, hərbi texniki və hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə müzakirə aparıb. Təbii ki, Azərbaycanın öncədən elan etdiyi kimi, Türkiyənin ordu modelinin qurulması və hərbi texniki sahədəki əməkdaşlıqlar, eləcə də yeniliklərin tətbiq olunması bu gün qarşıda duran öhdəliklərdir”-deyə Vüqar İskəndərov qeyd edib.

Deputat hesab edir ki, dünya yenidən dizayn olunub və siyasi politra yenidən şəkilləndirilib: “Bu fonda Azərbaycan və Türkiyə müttəfiq, dost və qardaş ölkə kimi bütün sahələrdə öz münasibətlərindəki səmimiyyəti ortaya qoymuş olurlar. Azərbaycan və Türkiyənin əsas da hərbi sahədəki vaxtaşırı görüşləri, birgə məsləhətləşmələr Azərbaycanın NATO standartlarına uyğun yeni modeli ordumuza tətbiq etməsi, xüsusi təyinatlı birləşmələrin inkişafı, komanda birləşmələri və onların real döyüş zamanı həm Vətən müharibəsində, həm bir günlük lokal antiterror əməliyyatındakı uğurlu praktik performansları bir daha göstərdi ki, bu əməkdaşlıq sözün əsl mənasında real işləyir”.

Vüqar İskəndərov bildirib ki, Azərbaycanla Türkiyə arasındakı birgə müttəfiqlik üçüncü ölkələrə qarşı hesablanmayıb.

“Azərbaycanın üzərinə gələn qüvvələr Türkiyənin yanında olduğunu görür. Türkiyənin həm terrora qarşı mübarizədə, həm üzərinə gələn təhdidlərdə hər bir qüvvə, qurum və dövlət anlayır ki, Türkiyənin yanında Azərbaycan var. Ölkəmizdə Vətən müharibəsi zamanında da Türkiyə siyasi və mənəvi dəstəyini hər an hiss etdirdi. Ölkə başçımız, Ali Baş Komandan dəfələrlə bunu öz bəyanatlarında söyləyib. Azərbaycan da  Türkiyənin ən çətin anlarında, böyük dağıdıcı zəlzələ və meşə yanğınları zamanında anındaca qardaşının yanında olduğunu göstərdi. Bir millət, iki dövlət olaraq elə bil elə bir münasibət ortaya qoydular ki, dünya bunu heyrətlə izlədi. Bu da dostluğun, qardaşlığın əsl nümunəsidir. Türkiyənin Milli Müdafiə nazirinin və digər rəsmilərin Bakıya bu dəfəki səfəri də yeni çağırışlara əsasən məsələlərin həll olunması, məsləhətləşmələrin aparılması və Türkiyənin Azərbaycanla hərbi sahədəki gələcək perspektivlərinin müzakirə edilməsi bir daha o anlama gəlir ki, iki ölkə zaman ötdükcə bu münasibətləri ən yüksək səviyyəyə çatdıraraq hər tərəfli inkişaf yollarında birgə addımlamaqda qərarlıdır”-deyə Vüqar İskəndərov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 May 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see184

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri