Icma.az
close
up
RU
Dünyada baş verən proseslərə uyğun Konstitusiyaya dəyişikliklər edilə bilər Fərid Şəfiyev

Dünyada baş verən proseslərə uyğun Konstitusiyaya dəyişikliklər edilə bilər Fərid Şəfiyev

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda beynəlxalq konfrans keçirilib.

525.az xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda həyatını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

BMTM-in baş məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov açılış nitqləri ilə çıxış ediblər.

İdarə Heyətinin sədri F. Şəfiyev konstitusiyanın dövlətin daxili idarəçiliyini müəyyənləşdirən sənəd olmaqla yanaşı, onun beynəlxalq arenada davranışlarını formalaşdıran əsas hüquqi baza olduğunu bildirdi.  Qloballaşan dünyada dövlətlərin suverenliklərinə və daxili işlərinə təzyiqlərin artdığını deyən F. Şəfiyev hüquqi bazanın möhkəmliyinin dövlətin müdafiə mexanizmlərindən biri olaraq çıxış etdiyini diqqətə çatdırıb:

"Dünyada baş verən proseslərə uyğun Konstitusiyaya dəyişikliklər edilə bilər. Bu imkan verir ki, xaricdən gələn çağırışlara cavab verək. Bu çağırışlar hazırda da davam edir. Daxili siyasət və iqtisadiyyatın möhkəmləndirilməsində Konstitusiya və digər qanunvericilik aktları vacib rol oynayır".

BMTM sədri 2020-ci ildə ərazi bütövlüyümüzün bərpası, 2023-cü ildə suverenliyimizin bərpasının yalnız hərbi-siyasi deyil, hüquqi baxımdan da əlamətdar hadisə olduğuna, Azərbaycanın bu prosesi beynəlxalq hüquq çərçivəsində, Konstitusiyasında əks olunmuş əsas prinsiplərə uyğun şəkildə həyata keçirdiyinə də diqqət çəkib.

Prorektor Hüseyn Məmmədov bildirib ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiya dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında əsaslı dönüş nöqtəsi olub. Onun sözlərinə görə, Konstitusiyamız əldə edilən tarixi nailiyyətlərin hüquqi əsasını təşkil edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olub və indiyədək bu sənəd ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynayıb.

Maliyyə nazirinin birinci müavini Anar Kərimov qeyd edib ki, Konstitusiya – hər bir müstəqil dövlətin varlığının hüquqi əsasını təşkil edən sənəddir, o yalnız siyasi və hüquqi sistemin deyil, eyni zamanda iqtisadi idarəçiliyin də əsaslarını müəyyənləşdirir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası dövlətin iqtisadi fəaliyyətinin hüquqi çərçivəsini dəqiq şəkildə təsbit edir və maliyyə sisteminin formalaşdırılmasında mühüm rol oynayır. A. Kərimov, həmçinin son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların məhz Konstitusiyada müəyyən edilmiş məqsədlərə – əhalinin rifahının yüksəldilməsi, iqtisadi sabitliyin qorunması və sosial bərabərliyin təmin olunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Tədbirin əhəmiyyətini vurğulayan Balıkesir Universitetinin rektoru Yücel Oğurlu Türkiyə Respublikasının bu sahədə təcrübələrini bölüşüb, Konstitusiyanın təkcə hüquqi sənəd deyil, eyni zamanda xalqın suverenliyinin, dövlətin müstəqilliyinin və milli birliyin təminatı olduğunu diqqətə çatdırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov Konstitusiyanın ölkənin hüquqi portreti olduğunu bildirib. Onun sözlərinə görə Konstitusiya həm də beynəlxalq birliyə qoşulan dövlət tərəfindən təqdim edilən bəyannamədir: "Konstitusiya beynəlxalq birlikdə dövlətin yerini göstərir, bu sənəd daxili faktorlara və ümumbəşəri dəyərlərə əsaslanmalıdır. Konstitusiyamızın 9-cu maddəsi ilə beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlardan biri də odur ki, Azərbaycan müharibələri həm ərazi bütövlüyünə qəsd, həm də mübahisələrin həlli vasitəsi olaraq rədd edir".

Tədbir daha sonra BDU tələbələrinin və hüquq ictimaiyyətinin nümayəndələrinin fəal iştirakı ilə interaktiv və elmi fikir mübadiləsi formasında  davam etdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2025 – ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 01 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see251

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see239

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see233

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see209

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see153

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see145

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see143

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see141

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see137

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see133

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see133

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri