Dünyada bir ilk Mumiyanın qarnında ədəbi mətn çıxdı
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Misirdə ilk dəfə mumiyanın qarnında ədəbi mətn tapılıb.
Lent.az xəbər verir ki, Barselona Universiteti alimləri bildiriblər ki, mumyalama zamanı adətən istifadə olunan dini mətnlər əvəzinə bu dəfə ədəbi mətn qoyulub və bu, dünyada ilk belə haldır.
Təxminən 200 km cənubda, Roma dövrünə aid mumiyanın üzərindəki papirusda İlyada əsərinin “Gəmi Kataloqu” hissəsindən parçalar aşkar edilib.
Papirus çox kövrək olduğuna görə mətn yüksək texnologiyalı rentgen üsulları ilə araşdırılacaq.
Alimlər bu addımın səbəbini hələ müəyyən edə bilməyiblər: bu, qoruyucu ritual, yoxsa mumyacının bir növ “imzası” ola bilər.
Qazıntılar zamanı əlavə olaraq üç məzarda dillərində qızıl örtük olan üç mumya və dili mis olan bir mumya tapılıb. Araşdırmalar davam edir və bu kəşfin qədim Misirin dəfn mərasimləri və yunan ədəbiyyatının rolu barədə təsəvvürləri dəyişə biləcəyi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 02 May 2026 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















