Dünyada elektrikli avtomobillərə tələbat sürətlə artır: SƏBƏB
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qlobal miqyasda elektromobillərin satış göstəriciləri İrana dair gərginlik və yanacaq qiymətlərinin artması səbəbindən yüksəlir.
Avtosfer.az xəbər verir ki, "Financial Times" (FT) qəzeti bu məlumatı Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına əsasən yayıb.
Agentliyin hesablamalarına görə, 2026-cı ilin yekunlarında elektromobillər və hibridlər dünya avtomobil bazarının təxminən 30%-ni təşkil edəcək. Bu cür avtomobillərin satışı 2025-ci ildəki 20 milyon ədəddən çox olub, cari ildə isə 23 milyona çata bilər.
BEA qeyd edir ki, tələbatın artmasına akkumulyatorların ucuzlaşması və İran ətrafındakı münaqişənin yaratdığı enerji böhranı fonunda istehlakçıların yanacaq xərclərini azaltmaq istəyi təkan verir. Satışların ən yüksək artım tempinin Asiya-Sakit okean regionunda və Latın Amerikasında olacağı gözlənilir.
FT vurğulayır ki, 2026-cı ildə Avropada elektromobil və hibridlərin satışları təqribən 20% arta bilər və onların payı satılan bütün avtomobillərin üçdə birinə çatacaq. Qlobal elektromobil istehsalının təqribən 75%-ni təşkil edən Çində isə qiymətlərin enməsi və yerli istehsalçıların ixrac həcminin artması davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 May 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















