"Həmin epizodda qırmızı vərəqə var idi"
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azarkeşlərimiz qarşısında oynayırdıq. Çətin qarşılaşma olacağını gözləyirdik. Bizim üçün 6 xallıq oyun idi. Qələbə qazanmaq istəyirdik. Çox şadam ki, istəyimizə çatdıq və qalib gəldik. Bunun ardını gətirmək istəyirik”.
Bu sözləri QOL.az saytına açıqlamasında “Neftçi”nin müdafiəçisi Rüfət Abbasov Misli Premyer Liqasının 13-cü turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, matçın gedişində rəqib futbolçu Eren Aydınla aralarında yaranan mübahisəyə belə aydınlıq gətirib: “O, dirsəyi ilə çənəmə zərbə vurdu. Məncə, qırmızı vərəqə var idi”.
21 yaşlı müdafiəçi bildirib ki, hədəfləri yalnız çempionluqdur: “Biz hər oyuna qələbə üçün çıxırıq. Bildiyiniz kimi, “Neftçi”nin 90 illiyidir. Ona görə də çempion olmaq istəyirik. Bunun ardını gətirəcəyimizə söz verirəm. Azarkeşlərimizə də təşəkkür edirəm ki, bizə əla dəstək olurlar. Hədəf yalnız çempionluqdur. İkinci, üçüncü yer barədə düşünmürük”.
R.Abbasov milli komanda barədə sualı da cavablandırıb. O, Lixtenşteynə oyundan əvvəl reqlament barədə məlumatlı olduqlarını vurğulayıb: “Ayxan müəllim bizə bu barədə məlumat vermişdi. Hətta Litva ilə oyundan sonra da millimizin pley-off şansının olduğu barədə mediada xəbərlər çıxmışdı. İclaslarda bu barədə söhbət olmuşdu. Təəssüf ki, Lixtenşteynlə oyunda çox qol vurmaq mümkün olmadı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Noyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















