Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Bakı Tallinn: iqtisadi əməkdaşlıq potensialı hərəkətə gətirilir

Bakı Tallinn: iqtisadi əməkdaşlıq potensialı hərəkətə gətirilir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Noyabrın 27-də Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın Bakıya səfəri, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bay­ramovla keçirdiyi görüşlər, eləcə də Estoniyanın Azərbaycandakı səfir­liyinin rəsmi açılışı ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından diqqət çəkir. Səfər zamanı iqtisadiyyat, enerji, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika, investisiya və innovasiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Prezident İlham Əliyev noyabrın 27-də Marqus Tsahknanı qəbul edərkən Azərbaycan–Estoniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Döv­lət başçısı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsindəki roluna toxunaraq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Görüşdə informasiya texnologiyaları, rəqəmsal transformasi­ya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib. Prezident Azərbaycanın nəqliyyat bağlan­tılarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə də danışıb.

Estoniya xarici işlər naziri isə Azər­baycanın regiondakı mühüm rolunu qeyd edərək ölkəmizdə baş verən inkişaf pro­seslərini şəxsən müşahidə etdiyini bildi­rib. Diplomatın sözlərinə görə, Bakıda Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisədir.

Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki diplomatik nümayəndəliyin açıl­ması siyasi təmasların intensivləşdirilmə­si ilə yanaşı, sahibkarlar, investorlar və biznes dairələri arasında birbaşa əlaqələ­rin qurulmasına da əlavə imkanlar yaradır. Estoniya XİN rəhbərinin sözlərinə görə, ölkəsinin şirkətləri artıq 20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir və yaxın illərdə onların sayının əhəmiyyətli dərə­cədə artacağı gözlənilir.

İki ölkə arasında siyasi münasibətlərin inkişafına baxmayaraq, iqtisadi əlaqələrin mövcud səviyyəsi tərəflərin gözləntilə­rini tam qarşılamır. Ceyhun Bayramov noyabrın 27-də Marqus Tsahkna ilə birgə mətbuat konfransında bu məsələyə xüsu­si diqqət çəkib. Nazir bildirib ki, ötən il Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib. O, bu göstəricini qənaətbəxş hesab etmə­diklərini vurğulayıb.

Ceyhun Bayramovun açıqlaması­na görə, indiyədək Estoniya tərəfindən Azərbaycana 25 milyon dollar investisi­ya yatırılıb. Hazırda Azərbaycanda 72-yə yaxın Estoniya şirkəti fəaliyyət göstərir, onlardan 48-i aktiv kommersiya fəaliyyə­ti ilə məşğuldur. Nazir iki ölkənin biznes dairələri arasında birbaşa təmasların artı­rılmasının, biznes forumlarının keçirilmə­sinin vacibliyini qeyd edib.

Estoniyanın rəsmi statistikasında da ikitərəfli ticarətin strukturu barədə maraq­lı məlumatlar yer alır. Estoniya Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə bu ölkənin Azərbaycana ixracı 16,6 milyon avro, Azərbaycandan idxalı isə 11,7 milyon avro olub. Beləliklə, qarşı­lıqlı ticarətin ümumi həcmi 28,3 milyon avroya çatıb. Bu, təxminən 32 milyon dollara bərabərdir.

Ticarətin strukturuna nəzər saldıqda görünür ki, Estoniyadan Azərbaycana əsasən iribuynuzlu heyvanlar, neft emalı məhsulları, maşın və mexaniki avadanlıq­lar, elektrik cihazları, əczaçılıq məhsulla­rı, tibbi və optik avadanlıqlar, mebel və müxtəlif sənaye malları gətirilir. Azərbay­candan Estoniyaya isə əsasən neft-kimya və digər sənaye məhsulları, qara metallar, neft məhsulları, meyvə-tərəvəz və içkilər ixrac olunur.

Bu rəqəmlər göstərir ki, iqtisadi mü­nasibətlərdə müəyyən ticarət bazası möv­cuddur. Bununla belə, məhsul çeşidinin genişləndirilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması və qarşılıqlı investisiyaların təşviqi üçün əlavə imkan­lar qalır.

İqtisadi əməkdaşlığın perspektivləri yalnız ənənəvi ticarətlə məhdudlaşmır. Estoniya rəqəmsal dövlət idarəçiliyi, elektron xidmətlər, kibertəhlükəsizlik və innovasiya sahələrində əldə etdiyi təcrübə ilə seçilir. Azərbaycan üçün bu təcrübədən yararlanmaq, xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt həllərinin tətbiqi və informasiya texnologiyaları sahəsində birgə layihələ­rin həyata keçirilməsi baxımından əhə­miyyətlidir.

Xarici işlər nazirlərinin birgə mətbuat konfransında Estoniyanın rəqəmsallaşma və süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, müdafiə sənayesini də mümkün əməkdaşlıq istiqamətləri sıra­sında qeyd edib.

Noyabrın 4-də Tallinndə Azərbay­can–Estoniya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının dördüncü ic­lasının keçirilməsi də bu istiqamətdə atı­lan addımlardandır. İclasda Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rə­şad Nəbiyev, Estoniya tərəfini isə ədliy­yə və rəqəmsal məsələlər naziri Liisa-Li Pakosta təmsil edib. Tərəflər ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, rəqəmsal texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsini müza­kirə ediblər.

İclasda süni intellekt, kibertəhlükə­sizlik və rəqəmsal həllər üzrə birgə təşəb­büslərin təşviqi, mütəxəssislər arasında təcrübə mübadiləsinin artırılması barədə razılıq əldə olunub. Estoniya şirkətlərinin Azərbaycanın yaşıl enerji keçidi layihələ­rində iştirakının genişləndirilməsi də mü­zakirə edilib.

Enerji sahəsi də əməkdaşlığın mü­hüm istiqamətlərindən biridir. Estoniya xarici işlər naziri Azərbaycanın enerji sektorunda topladığı təcrübənin ölkəsi üçün maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Tallinn enerji sahəsində Azərbaycanın təcrübəsindən öyrənmək, qlobal ticarət və iqtisadiyyatda baş verən dəyişikliklərin yaratdığı yeni imkanları dəyərləndirmək niyyətindədir.

Burada Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi əhəmiyyət daşıyır. Ceyhun Bayramov mətbuat konfransında Estoniya tərəfinə Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığı və Avropanın enerji təhlükə­sizliyinin təmin edilməsindəki rolu barədə məlumat verdiyini bildirib. Tərəflər alter­nativ və yaşıl enerji sahəsində həyata ke­çirilən layihələri, eləcə də gələcək əmək­daşlıq imkanlarını müzakirə ediblər.

Azərbaycanın coğrafi mövqeyi və Şərq-Qərb nəqliyyat marşrutlarının in­kişafı Estoniya ilə əməkdaşlığın digər perspektivli istiqamətidir. Marqus Tsaxk­na xüsusilə Orta Dəhlizin əhəmiyyətinə toxunaraq qlobal ticarətdə baş verən dəyi­şikliklərin bu marşrut üçün yeni imkanlar yaratdığını bildirib.

Baltik dənizi regionunda yerləşən Es­toniya Avropa ilə Şimali və Şərqi Avropa bazarları arasında mühüm nəqliyyat-logis­tika imkanlarına malikdir. Azərbaycan isə Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə Cənubi Qafqazı, daha sonra Avropanı bir­ləşdirən nəqliyyat xəttinin əsas iştirakçı­larından biridir. Bu baxımdan iki ölkənin logistika, liman infrastrukturu, rəqəmsal gömrük sistemləri və tranzit daşımalar sahəsində təcrübə mübadiləsi qarşılıqlı fayda verə bilər.

Estoniya tərəfi Azərbaycan–Ermənis­tan münasibətlərinin normallaşmasının da regionun iqtisadi perspektivləri baxımın­dan əhəmiyyətini vurğulayıb. Tsahknanın fikrincə, sülh prosesi yeni imkanlar açır. Regionda sabitliyin möhkəmlənməsi Av­ropa ilə Asiya arasında nəqliyyat və ti­carət əlaqələrinin genişlənməsinə də müs­bət təsir göstərə bilər.

Azərbaycan və Estoniya arasında əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza da inkişaf etdirilir. Ceyhun Bayramovun açıqlamasına görə, iki ölkə arasında hazırda 16 ikitərəfli sənəd möv­cuddur, daha 8 sənəd üzrə iş aparılır. Bu sənədlərin yaxın gələcəkdə qüvvəyə min­məsi gözlənilir.

Səfərin nəticələri göstərir ki, Bakı və Tallinn münasibətləri ənənəvi diplomatik təmaslardan daha geniş iqtisadi və texno­loji əməkdaşlıq mərhələsinə keçirməyə çalışır. Azərbaycanın enerji, nəqliyyat və tranzit imkanları, Estoniyanın isə rəqəm­sal idarəçilik, innovasiya və texnoloji həllər sahəsində təcrübəsi bu tərəfdaşlığın əsasını təşkil edə bilər.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri