Dünyada ən çox uşaq doğan QADIN FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Tarixdə ən çox uşaq dünyaya gətirən qadın kimi tanınan Valentina Vassilyeva ilə bağlı məlumatlar illərdir maraq doğurur.
"Guinness World Records"un qeydlərinə əsasən, 1707-ci ildə anadan olub 1782-ci ildə vəfat etdiyi bildirilən Valentina bu qeyri-adi göstərici ilə rekordçu kimi qəbul edilir.
O, Rusiyanın Şuya şəhərindən olan kəndli Fyodor Vassilyevin ilk həyat yoldaşı olub. Həmin dövrdə doğuşa nəzarət üsullarının olmaması və çoxuşaqlılığın həm dini, həm də sosial baxımdan təşviq edilməsi ailələrin sayca böyük olmasına səbəb olurdu.
Mənbələrə görə, Valentina Vassilyeva ömrü boyu 27 dəfə doğuş edib. O, 16 dəfə əkiz, 7 dəfə üçəm və 4 dəfə dördəm dünyaya gətirərək ümumilikdə 69 uşağın anası olub.
İlk baxışda inanılmaz görünən bu faktın rəsmi sənədlərə əsaslandığı və "Guinness" Dünya Rekordları tərəfindən qeydiyyata alındığı bildirilir. Bu hadisə tarixdə ən maraqlı və müzakirə olunan rekordlardan biri kimi qalmaqdadır.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 22 Fevral 2026 02:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















