Icma.az
close
up
RU
Dünyada ən güclü ağrılardan biri KİŞİ MİQRENİ

Dünyada ən güclü ağrılardan biri KİŞİ MİQRENİ

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Klaster baş ağrıları əksər hallarda (təxminən 80%) kişilərdə müşahidə olunur.

Bu səbəbdən bu ağrıların digər adı “kişi miqreni”dir. Klaster baş ağrıları intensivliyinə görə dünyada ən güclü ağrlardan biri sayılır. Nadir hallarda olsa da belə ağrılardan əziyyət çəkən insanlar özünə xəsarət yetirir (başını divara vurur, başına hər hansı əşya ilə zərbələr vurur və s.) və hətta intihar edirlər.

Klaster baş ağrılarından adətən 20-50 yaşları arasında kişilər əziyyət çəkir.

Saglamolun.az bildirir ki, klaster baş ağrılarının səbəbi sona qədər məlum olmasa da, mütəxəssislər onu beyinin hissəsi olan hipofizlə əlaqələndirirlər.

Klaster baş ağrısının tutmasına təkan verən amillər: stres, siqaret çəkmək, qaydasız şəkildə qida qəbulu, yuxunun az olması, yuxusuzluq, gərgin iş, mövsümlərin dəyişilməsi, soyuq və s.

Klaster tipli baş ağrıları əksər hallarda gecə saatlarında, adətən eyni vaxtda başlayır. Ağrılar hədsiz dərəcədə güclü, üzücü, sanki deşici, yandırıcı olur, nəbz kimi vurur. Ağrı baş və üzün bir yarısında olur. Bir çox hallarda ağrı göz, qaşüstü, gicgah, alın və təpənin bir hissəsini əhatə edərək, bəzi hallarda qulağa və aşağı çənəyə də yayılır. Bu zaman göz yaşarır və qızarır, yuxarı göz qapağı bir qədər aşağı enir, dəri xırda tər damcıları ilə örtülür, burun yolu tutulur. Ağrı kəskin artır və 5-10 dəqiqə ərzində maksimuma çatır, sonra isə azalmağa başlayır. Xəstə çox narahat, həyacanlı olur, özünə yer tapa bilmir.  

Ağrılar davam etmə müddətinə görə nisbətən qısa olsalar da, ağrı bir neçə gün və ya həftə ərzində müəyyən fasilələrlə müntəzəm olaraq təkrarlanır. Ağrı iztirabı 15 dəqiqədən 2 saata qədər davam edərək, gün ərzində 2-3 dəfə təkrar oluna bilər. Sonra ağrılar tam şəkildə yox olaraq, 6 aydan 2-3 ilədək olan müddət ərzində xəstəni narahat etməyə bilər.

Klaster baş ağrısı insult və ya digər fəsadlara səbəb olmur. Ancaq bu ağrılar insana xeyli əziyyət verir. Ona görə kalster baş ağrılarından əziyyət çəkənlər mütləq nevropatoloq və ya nevroloqa müraciət etməli və lazım olan müalicə almalıdır. Adətən düzgün seçilmiş müalicə yaxşı effekt verir, ağrıların intensivliyini və tutmaların tezliyini xeyli azaldır.

Həmçinin klaster baş ağrılarını provokasiya edən faktorlardan da (siqaret, stres və s.) uzaq olmaq, kifayət qədər yatmaq və dincəlmək, vaxtı-vaxtında qidalanmaq lazımdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri