Icma.az
close
up
RU
Dünyada hər beş nəfərdən biri bu səbəbdən ölür

Dünyada hər beş nəfərdən biri bu səbəbdən ölür

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş ölümdən birinə səbəb olur.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki,  insan genomunun 2003-cü ildə tam oxunması ilə tədqiqatçılar əksər xəstəliklərin mənbəyini müəyyən edə biləcəklərini düşünürdülər. Ancaq sonradan məlum oldu ki, irsi faktorlar xəstəliklərin yaranma ehtimalının sadəcə 10%-ni təşkil edir. Yerdə qalan 90% isə xarici mühit təsirlərindən, xüsusən də rasionumuzdan asılıdır.

Bildirilir ki, Avropada ürək-damar xəstəliklərindən baş verən ölümlərin demək olar ki, yarısına səbəb qidalanmadır. Buna baxmayaraq, yağ, duz və şəkərin məhdudlaşdırılmasına dair onilliklər ərzində verilən tövsiyələr piylənmənin və onunla bağlı xəstəliklərin artımını dayandıra bilməyib.

Alimlərin fikrincə, səbəb onda ola bilər ki, müasir elm hələ də insanın qida ilə qəbul etdiyi kimyəvi maddələrin yalnız kiçik bir hissəsini öyrənib.

Ənənəvi olaraq qidalanma zülallar, yağlar, karbohidratlar, vitaminlər və digər məlum qida maddələri prizmasından nəzərdən keçirilirdi. Ümumilikdə alimlərə bu cür təxminən 150 birləşmə yaxşı məlumdur. Lakin müasir qiymətləndirmələr göstərir ki, insanın rasionunda 26 000-dən çox müxtəlif kimyəvi maddə ola bilər və onların əksəriyyəti praktiki olaraq öyrənilməyib.

Bəzi tədqiqatçılar rasionun az məlum olan hissəsini kainatdakı qaranlıq maddəyə bənzədərək "qidanın qaranlıq maddəsi" adlandırırlar. Alimlər başa düşürlər ki, qidadakı minlərlə birləşmə orqanizmə təsir göstərir, lakin hələlik dəqiq necə təsir etdiyini bilmirlər.

Hazırda "Foodome Project" kimi beynəlxalq layihələr naməlum qida birləşmələrinin ətraflı kataloqunu tərtib etməyə çalışır. Bu günə qədər orada artıq 130 000-dən çox molekul və onların mikrobiota, insan zülalları və müxtəlif xəstəliklərlə mümkün əlaqələri haqqında məlumat var.

Tədqiqatçılar ümid edirlər ki, "qidanın qaranlıq maddəsi"nin öyrənilməsi eyni pəhrizin niyə bəzi insanlara fayda verib, digərlərində işləmədiyini izah etməyə kömək edəcək, həmçinin xəstəliklərin qarşısının alınması üçün yeni metodlar yaratmağa və hətta qida məhsullarında olan maddələr əsasında dərmanlar hazırlamağa imkan verəcək./oxu,az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 İyun 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see442

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see268

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see236

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see235

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see216

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see214

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see211

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see203

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see203

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see200

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see198

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see195

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see192

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see191

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see189

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see187

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see175

Bakının çox sayda küçəsində qaz olmayacaq ÜNVANLAR

02 Oktyabr 2026 08:52see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri