Qevorq Papoyan: Ermənistan Aİİ ni Avropa İttifaqı ilə əvəz etməyi nəzərdən keçirmir
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ermənistan Avrasiya İqtisadi İttifaqını (Aİİ) Avropa İttifaqı (Aİ) ilə əvəz etmək məsələsini nəzərdən keçirmir.
APA xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, İrəvanın məqsədi hər iki iqtisadi birliyin, eləcə də Yaxın Şərq ölkələrinin, Çin və ABŞ-ın bazarlarına ixracın həcmini artırmaqdır.
“İqtisadiyyat Nazirliyi olaraq bizim məqsədimiz Ermənistanın Aİ-yə, Aİİ-yə və Yaxın Şərq ölkələrinə ixracını artırmaqdır. 2027-ci ildə Aİİ, Aİ, Yaxın Şərq, Çin və ABŞ-a ixracımızın həcmi artmalıdır. Biz heç vaxt belə ziddiyyətlər qoymamışıq. Kim deyib ki, biz Aİİ-ni Aİ ilə əvəz etmək istəyirik? Biz bu ölkələrə daha çox məhsul satmaq istəyirik”, – Papoyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 18 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















