Icma.az
close
up
RU
Hektardan 40 sentner məhsul, böyüyən təsərrüfatlar Sədərəkdən reportaj

Hektardan 40 sentner məhsul, böyüyən təsərrüfatlar Sədərəkdən reportaj

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 18 noyabr, AZƏRTAC

Bir ovuc toxumun torpağa əmanət edilməsi ilə başlayan əkinçilik əslində zəhmətin, təcrübənin və sabaha olan inamın sınağıdır. Hər şumlanan sahədə gələcək məhsulun təməli qoyulur. Torpağa bağlılıq və hər hektardan daha çox bəhrə götürmək istəyi bu gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda aqrar inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib.

Rayonda yeni əkin mövsümü həm sahələrin genişləndirilməsi, həm də müasir aqrotexniki yanaşmaların tətbiqi ilə diqqət çəkir. Ötənilki yüksək məhsuldarlıqdan ruhlanan fermerlər bu il əkin sahələrini genişləndirməklə yanaşı, keyfiyyətli toxum seçiminə və vaxtında suvarma işlərinə xüsusi önəm verirlər. Hədəf sadəcə daha çox torpaq əkmək deyil, mövcud resurslardan səmərəli istifadə etməklə məhsuldarlığı maksimuma çatdırmaqdır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2026-cı ilin ötən dövründə Sədərəkdə 1367 hektar sahədə şum aparılıb, 965 hektarda taxıl əkilib. Bu, ötən illə müqayisədə 33,6 faiz artım deməkdir. Əkinlərin 927 hektarını arpa, 38 hektarını isə buğda sahələri təşkil edir.

Məhsuldarlığın əsas şərti olan su təminatı da diqqət mərkəzindədir. İndiyədək 570 hektar ərazidə - yəni ümumi taxıl sahələrinin 59 faizində suvarma işləri həyata keçirilib.

Torpaqdan səmərəli istifadə edərək təsərrüfatını ilbəil genişləndirən fermerlərdən biri rayonun Heydərabad qəsəbə sakini Vəzir İmamverdiyevdir. 2001-ci ildən əkinçiliklə məşğul olan təsərrüfatçı ötən il 5 hektarda arpa, 2 hektarda isə buğda yetişdirib. Hər hektardan 40 sentnerdən artıq məhsul götürməsi onu bu il əkin sahəsini 10 hektara çatdırmağa həvəsləndirib. Artıq 7 hektarda payızlıq arpa səpini yekunlaşıb, qalan 3 hektarda isə hazırlıq işləri görülür.

Vəzir İmamverdiyev uğurun sirrini dincə qoyulmuş torpaqda, düzgün toxum seçimində və aqrotexniki qaydalara dəqiq əməl etməkdə görür. Bu il də seçilmiş toxumlardan istifadə edən fermer şırım üsulu ilə suvarmaya üstünlük verib. O, su ehtiyatlarının düzgün idarə olunmasını xüsusi vurğulayır: “Sədərəyin torpaq-iqlim şəraiti taxılçılıq üçün geniş imkanlar açır. Əsas məsələ mövcud su ehtiyatlarından qənaətlə istifadə etmək və itkilərin qarşısını almaqdır. Bəzən suyun sahələrə vaxtında çatdırılmasında çətinliklər yaransa da, suvarma sisteminin düzgün təşkili yüksək məhsuldarlığın başlıca şərtidir”.

Qaraağac kənd sakini Qurban Əliyev də təcrübəli əkinçilərdəndir. Ötən mövsüm 4 hektar taxıl sahəsindən 6 tondan artıq məhsul əldə edən fermer bu il əkin sahəsini 6 hektara yüksəldib.

Hazırda sahələrdə suvarma işlərini davam etdirən Q.Əliyev su təminatının qənaətbəxş olduğunu və əkinlərin vaxtında suvarılması üçün lazımi şərait yaradıldığını bildirir. Bütün diqqətini torpağa qulluğa yönəldən fermer builki məhsulun ötənilkindən daha bol olacağına əmindir.

Sədərəkdə əkin sahələrinin 33 faizdən çox genişlənməsi rayonun aqrar potensialının reallaşdırılması baxımından mühüm göstəricidir. Fermerlərin təşəbbüskarlığı göstərir ki, bölgədə taxılçılığa maraq davamlı xarakter alıb. Qarşıdakı dövrdə su ehtiyatlarının səmərəli idarə olunması, keyfiyyətli toxum təminatı və müasir aqrotexniki üsulların tətbiqi bu artımın davamlılığını təmin edəcək.

Əkinçinin alın təri ilə ərsəyə gələn hər ton taxıl isə təkcə fermer ailəsinin rifahı deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinə verilən töhfədir.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri