Dünyada ilk: Şimali Amerikada narıncı köpək balığı GÖRÜLDÜ
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şimali Amerikanın Karib dənizi sahillərində balıqçılar çox nadir rast gəlinən narıncı rəngli köpək balığı tutublar.
News24.az xəbər verir ki, adətən qəhvəyi rəngdə olan “köpək balığı”nın bu fərqli rəngi alimlər tərəfindən “ksantizm” adlı genetik rənglənmə pozuntusu ilə izah olunur.
Balığın ağ rəngli gözləri isə albinizmlə əlaqələndirilir. Mütəxəssislərə görə, bu cür xüsusiyyətlər heyvanları təbiətdə daha asan görünən edir və onların sağ qalma imkanlarını azaldır. Günəş işığına həssaslıq və çoxalma çətinliyi də müşahidə oluna bilər. Buna baxmayaraq, bu köpək balığının yetkinliyə qədər yaşaması elm aləmi üçün mühüm kəşf sayılır.
Alimlər bunun təsadüfi bir anormallıq, yoxsa yeni bir meylin başlanğıcı olduğunu araşdırırlar.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Avqust 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















