Icma.az
close
up
RU
Dunyada Nobel və Oskar mükafatına layiq görülmüş bu dahinin həyat dərslərini dinləyək...

Dunyada Nobel və Oskar mükafatına layiq görülmüş bu dahinin həyat dərslərini dinləyək...

Icma.az, Lent az saytına istinadən bildirir.

Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu, sosializm və qadın hüquqlarının qatı müdafiəçilərindən olan bu şəxsiyyətin yumor hissi görkəmli irland yazıçısı Oskar Vayld kimi öz dövrü üçün unikal xarakterə malik idi və o, əsasən komediyaları ilə insanların yaddaşında qalıb.

Vegetarian olmaqla birlikdə, həyatı boyu siqaret çəkməyən və içki içməyən bu dahi  şəxsiyyətin maraqlı mübarizələrindən biri dövlətin verdiyi rəsmi təhsilə qarşı çıxması olmuşdur.

Bəli, söhbət musiqi, sənət və teatr tənqidçisi olan irland yazıçısı Bernard Şoudan gedir. Yazıçı məktəblərdə aldığı təhsildən heç nə öyrənmədiyini açıq şəkildə etiraf edərək Dikkensin, Şekspirin, Benyanın kitablarından,

“İncil”dən, “Min bir gecə” nağıllarından və anasının ifa etdiyi operalardan çox şey öyrəndiyini daima dilə gətirmişdir.

Bernard Şou dünyada həm ədəbiyyat üzrə Nobel mükafatına (1925-ci ildə), həm də “Piqmalion” filminin ssenarisinə görə Oskar mükafatına (1938-ci ildə) layiq görülən yeganə insandır. Lakin maraqlıdır ki, tanınmış yazar laureatlara verilən medalı qəbul etsə də, “Nobel”in pul mükafatından imtina etmişdir. Belə ki, yazıçının keçdiyi həyat yoluna nəzər saldıqda görürük ki, o, ümumiyyətlə, “Nobel” mükafatından belə imtina etmək istəmişdir. Lakin Bernard Şounun xanımı Nobel müafatının onun şəxsində İrlandiyaya verildiyinə inandırandan sonra o, qərarını dəyişmişdi. Bernard Şou hər cür təmtərağın əleyhdarı olduğundan təqdimat mərasimində iştirakdan qəti şəkildə imtina etmişdir. Mükafatın pul hissəsinə gəlincə, onu İsveç ədəbiyyatını ingilis dilinə tərcümə etmək üçün fondun yaradılmasına ayırmışdı.

İsveç ədəbiyyatşünası Per Halsterm pyeslərinə yazdığı dərin məzmunlu müqəddimələrə görə Bernard Şounu “bizim günlərin Volteri” adlandırmışdı.

Bəlkə də qəribənizə gələ bilər. Lakin qeyd edim ki, Bernard Şou son səhnə əsəri olan “Bayandın milyardları” pyesini 92 yaşında tamamlayıb. Həyatının sonuna qədər bitməz-tükənməz enerjiyə sahib olan bu irlandiyalı yumor hissini, iti ağlını, ən gözlənilməz fikir və mülahizələrə dərhal və hazırcavablıqla reaksiya vermək bacarığını ömrünün sonunadək qoruyub saxlamışdı.

O, 1950-ci ildə 94 yaşında olarkən ağac budadığı zaman nərdivandan yıxılması ilə aldığı yaraların sağalmaması nəticəsində vəfat etmişdir.

Sizi Bernard Şounun aforizmə çevrilmiş hikmət dolu xəzinəsindən olan bəzi söz inciləri ilə tanış etmək istərdik:

1 Ağıllı adam ağlını işlədir. Daha ağıllı adam başqalarının da ağlını işlədir.

2 Azadam, sağlamam, xoşbəxtəm və sıxıntıdan

partlayıram.

3 Bacaranlar edir, bacarmayanlar isə başqalarını öyrədir.

4 Bəziləri mədəsi üçün yemək, digərləri isə yemək üçün mədə axtarır.

5 Bir işi bilən edər, az bilən ağıl verər, bilməyən tənqid edər, edə bilməyən qara yaxar.

6 Bizə dəli adamlar lazımdır, görün bu ağıllı insanlar mövcud vəziyyəti hansı hala gətirib çıxarıblar.

7 Çılpaq bədənlər bizi təəccübləndirmir artıq, çılpaq beyinlərdir varlığına dözə bilmədiyimiz.

8 Diş ağrısı çəkənlər dişləri sağlam olanların, kasıblar isə varlıların xoşbəxt olduqlarını zənn edirlər.

9 Əgər getdiyin yolda heç bir maneə yoxdursa, o yol səni heç bir yerə aparmaz.

10 Ən gözəl azadlıq anlayışı kölələrin xəyallarında canlandırdıqlarıdır. Çünki onlar azadlığın qorxuducu tərəflərini heç vaxt bilməzlər.

11 Həqiqətin içində olmaq bilmək demək deyildir. Əks təqdirdə balıqlar dəniz mövzusunda coğrafiyaşünaslardan və təbiət alimlərindən çox bilərdilər.

12 Həyat boyu xoşbəxt olmağa heç bir insan dözə bilməz, yoxsa dünya bir cəhənnəm olardı.

13 İnsan - kərpic kimidir, bişdikcə bərkiyir.

14 Qızıl qayda belədir: hər hansı qızıl qayda yoxdur.

15 Qocalmaq darıxdırıcıdır, amma uzun yaşamaq üçün yeganə metoddur.

16 Maaşımı ingilislərə necə yaşadıqlarını izah edərək qazandım. Onlar isə öz həyat tərzlərinin gülünclüyünü görməyib güldürmə qabiliyyətimə görə uğur qazandığımı zənn etdilər.

17 Məğlubiyyətə deyil, savaşa; kölə olmağa deyil, köləliyə; qonşunuz kimi varlı olmamağa deyil, yoxsulluğa qarşı baş qaldırın.

18 Məhəbbət teleskopdan, paxıllıq isə mikroskopdan baxır.

19 Mənim məşhurluğum hər uğursuzluğum ilə daha da artırdı.

20 Nifrət, ürəksizlərin qorxduqları zaman duyduqları bir qisas almaq istəyidir.

21 “Niyə?” sualını verdiyini eşidirəm. Daima “niyə?” sualını... Olanları görürsən və “Niyə?” – deyə soruşursan. Mən isə olmayanları xəyal edir və soruşuram: “Niyə olmasın?”

22 Oğru varlını, varlı isə yoxsulu soyur.

23 Pələng insanı öldürərsə, adı vəhşilik, insan pələngi öldürərsə, adı ovçuluq olacaqdır. Cinayət və ədalət arasındakı fərq bundan ibarətdir.

24 Sağlamlığınızı tükədənə qədər istifadə edin. Çünki o, bunun üçündür. Nəyiniz vardırsa, bitirin ölmədən öncə və qətiyyən yaşam müddətinizi aşmağa çalışmayın.

25 Sevdiyinizi əldə etməyə çalışın, yoxsa əlinizdəkini sevmək məcburiyyətində qalarsınız.

26 Sevmədiyiniz bir şeyi alqışlamaq yalanın bir çox formalarından biridir.

27 Susmağın gücünə inanıram. Bu mövzuda saatlarla danışa bilərəm.

28 Sükut nifrətin ən mükəmməl ifadəsidir.

29 Şənlənməyi bacaran insanların pulu yoxdur, pulu olan insanlar isə şənlənməyi bacarmır.

30 Tarixdən götürüləcək yeganə dərs odur ki, insanlar tarixdən heç vaxt dərs götürmürlər.

31 Təcrübələrimizdən bilirik ki, heç kim təcrübələrindən dərs çıxarmır.

32 Uşaqlarınıza dərs vermək istəyirsinizsə, özünüzü nümunə göstərin. Lakin sizin kimi olmaları üçün deyil, sizin kimi olmamaları üçün.

33 Yaxınına qarşı ən böyük günah nifrət deyil, laqeydlikdir; budur həqiqətən insaniyyətsizliyin zirvəsi.

34 Zarafatlarımın hamısı həqiqəti söyləməkdir. Dünyada bundan daha gülməli zarafat olacağını düşünmürəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri