Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Dünyada qıtlıq və bahalaşma dalğası Bizi nə gözləyir?

Dünyada qıtlıq və bahalaşma dalğası Bizi nə gözləyir?

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda da kənd təsərrüfatında iqlim dəyişikliyinin təsiri hiss olunmaqdadır. Son günlərdə rütubətli hava özəlliklə meyvə-tərəvəzçilik sahəsində ciddi risklər yaratmaqdadır.

Bəs sözügedən problemlər növbəti aylarda yerli bazarlarda özünü necə büruzə verəcək?

Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək ictimai birliyinin sədri Zülfiyyə Nuriyeva Ölkə.az-a açıqlamasında bildirib ki, artıq noyabrın 4-ü olmasına baxmayaraq hava günəşli və istidir:

“İqlim dəyişikliklərinin də ilk növbədə təsir etdiyi sahə kənd təsərrüfatıdır. Bu gün nəmli hava, iqlim dəyişikliyi, rütubət daha çox meyvə-tərəvəzə təsir edir. Bunlardan pomidor, xiyar, kələm, göyərti və digər məhsullar ciddi təsir görəcək. Rütubət sözügedən kənd təsərrüfatı məhsullarının tez küflənməsinə və göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Bu isə bazarlarda qiymətlərin artmasına və məhsul qıtlığına, özəlliklə də keyfiyyətli məhsul çatışmazlığına yol açacaq. Bu, hiss ediləcək bir təsir olacaq.

Bilirik ki, torpaqda yetişən məhsullar - soğan, kartof, badımcan, bibər, xiyar, pomidor, kələm nəmə çox həssas tərəvəzlərdir və bu problemi daha çox həmin tərəvəz sahələri ilə məşğul olan əhali hiss edəcək. Burada meyvələri də istisna etmək olmaz. Alma, armud, çiyələk, üzüm, ərik, şaftalı da nəmə həssas meyvələrdir. Məsələn, bu il bazarda şaftalının satış mövsümü çox qısa çəkdi və qiymətləri yüksək oldu. Hətta artıq bir-iki həftədən sonra bazarda şaftalı yox idi. 

Bu, rütubət problemindən doğan bir nəticədir. Bu il sadaladığım meyvələr üzrə məhsuldarlıq azaldı və bazarda çox yüksək qiymətlərlə satıldı. Çünki əhali üçün bu məhsulları yetişdirmək də çətinləşdi”. 

Z.Nuriyevanın sözlərinə görə, hər bir kənd təsərrüfatı məhsulunun becərilməsində yaşanan problem birbaşa bazara təsir edir: 

“Bazarda da qiymət artımı yaranır ki, bu da əhali üçün artıq xərc deməkdir Bu il bazarlarda meyvə-tərəvəz qiymətləri çox yüksək oldu. Hətta 20 qəpiyə aldığımız göyərti artıq 50 qəpiyə satılır”. 

İctimai birlik sədri qeyd edib ki, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və bazara ixracı ilə məşğul olan şəxslər həmin sahələrin suvarmasını düzgün tənzimləməlidir: 

“Havalandırma düzgün quraşdırılmalı və meyvə-tərəvəzin yetişdirilməsi üçün mütləq şəkildə münbit şərait sahibkar tərəfindən təşkil olunmalıdır. Əks halda biz qıtlıqdan əlavə, bazarda həm də qiymət artımını müşahidə edəcəyik. Qiymət artımı da birbaşa əhalinin sosial rifahına və sosial yaşam tərzinə təsir edən bir məsələdir. Kartof, soğan, kələm, pomidor, xiyar kimi gündəlik tələbat məhsullarının bahalaşması da ailə büdcəsinə təsir edir.

Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olan şəxslər və sahibkarlar ümumiyyətlə suvarma prosesini düzgün tənzimləməlidir. Artıq suvarmaya yol verməməli və məhsulların arasında çürümüş meyvələri vaxtında kənarlaşdırılmalıdır ki, həmin çürümüş meyvələr digər meyvələrə təsir etməsin. Həmçinin vaxtında dərmanlamalar aparılmalıdır ki, xəstəliyin artmasının qarşısı alınsın”. 

Könül Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Noyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri