Icma.az
close
up
RU
Dünyada sahibi olmayan tək yer: 143 ildir heç kimə məxsus deyil

Dünyada sahibi olmayan tək yer: 143 ildir heç kimə məxsus deyil

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarix boyu torpaq uğrunda saysız-hesabsız müharibələr aparılıb, milyonlarla insan həyatını itirib. Sərhədlərin qanlı münaqişələrlə müəyyən edildiyi bir dünyada sahibsiz bir ərazi olması inanılmaz görünə bilər. Lakin artıq 143 ildir ki, Misir və Sudan arasında yerləşən Bir Tavıl adlı bölgə heç bir ölkəyə aid deyil.

Hər şey 143 il əvvəl başladı

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1882-ci ildə İngiltərə Misir və Sudanı işğal edərək bölgədə yeni sərhədlər müəyyən edib. 1899-cu ildə Böyük Britaniya Misir və Sudan arasındakı sərhədi 22-ci enlik paraleli boyunca müəyyənləşdirib. Bu bölgü nəticəsində Hələib Üçbucağı Misirə, Bir Tavıl isə Sudana verilib.

Lakin 1902-ci ildə Britaniya hakimiyyəti bölgədə yaşayan qəbilələrin həyat tərzini nəzərə alaraq sərhədləri yenidən tənzimlənib. Yeni sərhəd düzəlişinə əsasən Bir Tavıl Misirin, Hələib Üçbucağı isə Sudanın nəzarətinə verilib. Bununla belə, Misir Bir Tavılı qəbul etmədi və rəsmi olaraq Sudana tabe olmasını istənib. Sudan isə bu əraziyə sahib çıxmadı. Nəticədə, bölgə "terra nullius" (heç bir dövlətə məxsus olmayan torpaq) statusu alıb.

Niyə heç kim Bir Tavılı istəmir?

2 060 kvadrat kilometr ərazisi ilə Nyu-York və Londondan daha böyük olan Bir Tavıl, nə Misirin, nə də Sudanın sərhədlərinə daxil deyil. Bunun əsas iki səbəbi var:

* Bölgənin böyük hissəsinin çöldən ibarət olması – yaşayış üçün əlverişsiz şərait.

* Suyun və bitki örtüyünün olmaması – iqtisadi baxımdan heç bir əhəmiyyət daşımır.

Buna görə də, Misir və Sudan Hələib Üçbucağı uğrunda mübahisə etsələr də, Bir Tavılı heç biri sahiblənmək istəmir.

Ababda qəbiləsi köklərini qoruyur

Bölgənin rəsmi bir sakini olmasa da, Sudan ərazisində yaşayan Ababda qəbiləsi Bir Tavılı öz ata-baba torpaqları hesab edir. Onlar bölgəyə xarici marağın artmasını birmənalı qarşılamır və öz mədənlərində işləməyə davam edirlər. Bir Tavılın rəsmi əhalisi bəlli olmasa da, bura gələn insanlar əsasən müəyyən dövrlərdə məskunlaşıb sonra geri qayıdır.

Qızına söz verdi, öz krallığını elan etdi

Son illərdə sosial mediada məşhurlaşan Bir Tavıl müxtəlif macəraçıların diqqətini çəkib. Bəzi şəxslər hətta burada öz "dövlətlərini" qurmağa cəhd ediblər.

Bu cəhdlər arasında ən çox diqqətçəkəni ABŞ-lı Jeremiah Heaton tərəfindən həyata keçirilib. 37 yaşlı Heaton, qızı Emiliyə şahzadə olacağına dair söz vermişdi. Bir Tavıl haqqında eşidən Heaton ailəsi ilə birlikdə bir bayraq hazırlayaraq bölgəyə yollanıb. Öz imkanları ilə Bir Tavıla çatan Heaton, bayrağını ən yüksək təpəyə sancaraq "Şimal Sudan Krallığını" elan edib və qızını "şahzadə" adlandırıb.

Lakin bu "krallıq" beynəlxalq hüquqda heç bir qarşılıq tapmayıb və tanınmayıb.

Nəticə

143 ildir sahibsiz qalan Bir Tavıl dünya xəritəsində rəsmi bir dövlətə məxsus olmayan nadir ərazilərdən biridir. Bölgəyə səfər etmək çətin olsa da, macəraçılar və tarix meraklıları üçün maraq doğurmağa davam edir. Misir və Sudan üçün isə bu torpaq parçası siyasi və iqtisadi baxımdan dəyərsiz olduğu üçün hələ də rəsmi sahib tapmayıb.

Bəs gələcəkdə Bir Tavıl bir dövlət tərəfindən sahiblənəcəkmi, yoxsa macəraçıların "krallıq" elan etdiyi bir yer olaraq qalacaq? Bu, hələ də açıq sualdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri