Icma.az
close
up
RU
Dünyada silah satışları rekord həddə çatıb

Dünyada silah satışları rekord həddə çatıb

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Davam edən münaqişələr və artan geosiyasi gərginlik fonunda hökumətlərin ordularını daha sürətlə modernləşdirməsi və silah alışını genişləndirməsi nəticəsində 2024-cü ildə dünyada silah satışları yeni rekorda çatıb.

Bizimyol.info xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) 1 dekabr bazar ertəsi yayımladığı araşdırmada qeyd edib.

Dünyanın ən böyük 100 müdafiə şirkətinin gəliri ötən il 5,9% artaraq 679 milyard dollara yüksəlib. Bu, 2018-ci ildən bəri qeydə alınan ən böyük ümumi artımdır. SIPRI bu sıçrayışı ilk növbədə Ukraynadakı və Qəzzadakı müharibələrlə, həmçinin regionlarda təhlükəsizlik narahatlıqlarının artması və aparıcı dövlətlər arasında müdafiə xərclərinin yüksəlməsi ilə əlaqələndirir.

Artımın əsas hissəsi ABŞ və Avropanın payına düşüb. ABŞ istehsalçıları "F-35" qırıcı təyyarəsi və “Kolumbiya” sinifli sualtı qayıq proqramları kimi böyük layihələrdə gecikmələr və xərc artımlarına baxmayaraq, ümumi 334 milyard dollarlıq satış qeydə alıb.

Avropada isə 26 şirkətdən 23-ü gəlirlərini artırıb və region üzrə ümumi satışlar 13% artaraq 151 milyard dollara çatıb. Çexiyanın “Czechoslovak Group” şirkəti əsasən Ukraynaya tədarüklərlə bağlı müqavilələr sayəsində 193% ilə dünyada ən yüksək artım gösterib.

Türkiyədən reytinqə beşinci şirkət daxil olub: MKE artıq "ASELSAN", "TAI", "Baykar" və "Roketsan" ilə birlikdə siyahıda yer alır. Ölkənin silah satışları illik 11% artaraq 10,1 milyard dollara yüksəlib.

Sanksiyalara və əmək çatışmazlığına baxmayaraq, Rusiya şirkətləri də gəlirlərini artırıblar: yüksək daxili tələbat səbəbilə satışlar 23% artaraq 31,2 milyard dollara çatıb.

Bunun əksinə olaraq, Asiya-Sakit Okean regionunda ümumi satışlar Çin şirkətlərində korrupsiya araşdırmaları fonunda alışların kəskin azalması səbəbindən 1,2% geriləyib. Bununla belə, Yaponiya və Cənubi Koreya şirkətləri ixrac tələbi və regional silahlanmanın güclənməsi ilə əlaqədar iki rəqəmli artım göstərib.

Yaxın Şərq isə top-100 siyahısında rekord göstərici ilə təmsil olunub: ümumi dövriyyəsi 31 milyard dollar olan doqquz şirkət. Qəzza müharibəsi ilə bağlı beynəlxalq tənqidlərə rəğmən, İsrail şirkətləri satışlarını artırmağa davam edib. Birləşmiş Ərəb Əmirliklərinin dövlət şirkəti "EDGE Group" 4,7 milyard dollarlıq gəlirlə siyahıda 37-ci yeri tutub.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri