Icma.az
close
up
RU
Dünyanı idarə edən qocalar : Xamenei siyahıda neçəncidir...

Dünyanı idarə edən qocalar : Xamenei siyahıda neçəncidir...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əli Xamenei dünyanın ən uzun müddət hakimiyyətdə olan avtoritar liderlərindən biri sayılır. Hazırda 86 yaşı olan Xamenei təxminən qırx ildir İranda mütləq siyasi hakimiyyəti əlində saxlayır və ölkənin İsraillə müharibə fonunda silahlı qüvvələrin ali baş komandanı statusunu qoruyur.
Modern.az xəbər verir ki, yaş baxımından Xamenei hazırda dünyada ən yaşlı siyasi liderlər sırasında dördüncü yerdədir. Ondan yaşlı olanlar arasında 92 yaşlı Kamerun prezidenti Pol Biya, 90 yaşlı Fələstin prezidenti Mahmud Abbas və 90 yaşlı Səudiyyə Ərəbistanı kralı Salman yer alır.
Hakimiyyətdə qalma müddətinə görə də Xamenei yuxarı pillələrdə qərarlaşıb. Xamenei avtoritar liderlər arasında ən uzun və fasiləsiz hakimiyyətə malik şəxslər sırasında dünyada altıncı yerdədir. 86 yaşlı Əli Xamenei İranda artıq 36 ildir ali siyasi fiquru olaraq qalır. Geniş konstitusiya rəhbərlərinə malik olan Xamei həm ordusunun, həm də əsas dövlət institutlarının faktiki rəhbəridir və Yaxın Şərqdə gedən proseslər fonunda imkanlarını qoruyur.
Afrika qitəsi hakimiyyətdə olan şəxslər bu siyahıda xüsusi yer tutur. Belə ki, Esvatini kralı III Msvati 39 ildir tax-tac sahibidir və ölkənin ömürlük prezidentidir. Uqanda prezident Yoveri Museveni isə 39 ildir ölkəyə tam nəzarəti idarə edir.
Daha uzun müddət hakimiyyətinə malik liderlər arasında Kamun prezidenti Pol Biya önə çıxır. 92 yaşlı Biya artıq 42 ildir dövlət başçısıdır və bu onu dünyanın ən yaşlı və ən uzunömürlü siyasi liderlərindən edir. Ekvatorial Qvineyada prezident Teodoro Obiang Nguema Mbasogo isə 45 ildir hakimiyyətdədir və siyasi sistemin əsas dayağı olaraq qalır.

Siyahının zirvəsində Bruney sultanı Hassanal Bolkiah yer alır. O, 57 ildir ölkəni idarə edir və hazırda dünyada ən uzun müddət hakimiyyətdə olan şəxsdir. O, dünyada qalan azsaylı mütləq monarxlardan biridir .

Formal olaraq dövlət başçısı statusunda olan şəxslər arasında yalnız 88 yaşlı Norveç kralı V Harald Xameneidən yaşlı sayılır. Lakin Norveç monarxının faktiki idarəetmə səlahiyyətləri yoxdur, bu baxımdan onun mövqeyi Xameneinin statusu ilə müqayisə edilmir.
Qeyd edək ki, İran Konstitusiyası Ali Liderə son dərəcə geniş səlahiyyətlər tanıyır. Xamenei ordunu, məhkəmə sistemini və dövlət yayımını tam nəzarətdə saxlayır, eyni zamanda məhkəmə sədri və Keşikçilər Şurasının üzvləri kimi strateji vəzifələrə təyinatları birbaşa özü həyata keçirir. O, ABŞ-nin sanksiya siyahısında olan İslam İnqilabı Keşikçiləri Korpusu üzərində də faktiki nəzarətə malikdir.
Bununla yanaşı, İran iqtisadiyyatının mühüm sahələri dini fondlar və onlarla əlaqəli özəl strukturlar vasitəsilə Ali Liderin təsir dairəsində idarə olunur. Xameneinin mümkün varislərinin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı qərar isə İranda adətən qapalı şəkildə aparılır.
Hazırda İranın bir sıra şəhərlərində olan etiraz aksiyaları, toqquşmalar Əli Xameninin hakimiyyətdə qalıb-qalamayacağı məsələsini də aktuallaşdırır. Xarici mənbələr qeyd edir ki, proseslərin genişlənəcəyi təqdirdə onun Rusiyaya qaçması istisna deyil. 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri