Icma.az
close
up
RU
Dünyanı idarə edən xanımlar Hansı ölkələrin liderin qadındır?

Dünyanı idarə edən xanımlar Hansı ölkələrin liderin qadındır?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son yüz ildə bütün ölkələrin parlamentlərində təmsil olunaraq mühüm siyasi nailiyyətlər əldə ediblər.

İsveçdə yerləşən "Varieties of Democracy Project" (V-Dem) təşkilatının məlumatına görə, XX əsrin əvvəllərində qadınlar parlamentlərə buraxılmırdı. İlk dəfə 1907-ci ildə Finlandiya parlamentə qadın millət vəkili seçilib. Sonrakı dövrlərdə qadınların siyasətə girişi yavaş templə davam etsə də, XX əsrin sonu və XXI əsrin əvvəllərində bu proses sürətlənib.

Modern.az bildirir ki, Amerikanın Xarici Əlaqələr Şurası tərəfindən hazırlanan "Qadınların Gücü İndeksi"nə əsasən, hazırda BMT-yə üzv 193 ölkədən yalnız üçünün – Ruanda, Kuba və Nikaraquanın parlamentlərində qadın deputatların sayı 50%-dən çoxdur. Meksika, Andorra və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) isə parlamentlərində gender bərabərliyini təmin edib.

Ruandanın bu uğuru 1994-cü il soyqırımından sonra formalaşıb. Soyqırım nəticəsində əhalinin əksəriyyəti qadınlardan ibarət olub və onlar ölkənin bərpasında fəal iştirak ediblər. Həmçinin qızların təhsilə çıxış imkanlarının genişlənməsi buna töhfə verib.

BƏƏ parlamentində isə qanunvericiliyə əsasən deputatların yarısı qadınlardan ibarət olmalıdır. Onların bir qismi seçki yolu ilə, digərləri isə təyinatla vəzifəyə gəlir. Lakin son seçkilərdə ölkə vətəndaşlarının yalnız yarısı səsvermə hüququna malik olub.

BMT bildirir ki, bir çox ölkələrdə qadınlar siyasi vəzifələrə seçilmək üçün ciddi maneələrlə qarşılaşırlar. Zərərli sosial normalar və gender əsaslı zorakılıq qadınların siyasi hüquqlarına mənfi təsir göstərir.

Qadınların siyasətə cəlb olunmasını çətinləşdirən digər amillər isə siyasi partiyaların qadın namizədlərə üstünlük verməməsi, eləcə də onların maliyyə və siyasi şəbəkələrə çıxış imkanlarının məhdud olmasıdır..

Dünyada qadın liderlərə gəlincə, 1 dekabr 2024-cü il tarixinə olan məlumata əsasən, 193 ölkədən cəmi 26-nın dövlət və ya hökumət başçısı qadındır. Bu isə dünya üzrə liderlərin cəmi 15%-ni təşkil edir. Hökumətdə qadınların vəzifələrin yarısından çoxunu tutduğu ölkələrin sayı isə 15-dir.

1946-cı ildən bu günə qədər 80 ölkə qadın liderə sahib olub ki, bu da ümumi ölkə sayının 40%-nə bərabərdir. İlk dəfə 1960-cı ildə demokratik yolla qadın baş nazir seçilib. Bu, Şri-Lankada Sirimavo Bandaranaike olub.

Araşdırmalar göstərir ki, siyasətdə daha çox qadının olması sosial rifah sahələrinə daha çox inkişafa səbəb olur. 

2020-ci ildə Kembric Universitetinin tədqiqatı göstərib ki, Afrikanın Sahara regionunda parlamentlərdə qadınların sayının artması, səhiyyə xərclərinin yüksəlməsinə və uşaq ölüm səviyyəsinin azalmasına səbəb olub.

Lakin ekspertlər qeyd edir ki, qadınların siyasi vəzifələrə seçilməsi avtomatik olaraq gender bərabərliyi, sülh və əməkdaşlığı təmin etmir. Çünki qadınlar da müxtəlif ideoloji mövqelərə sahib ola bilərlər.

Qadınların liderlik etdiyi ölkələr aşağıdakılardır (bəzilərində baş nazir, bəzilərində prezident qadındır):.

Barbados

Bosniya və Herseqovina

Konqo Demokratik Respublikası

Danimarka

Dominika

Yunanıstan

Honduras

İslandiya

Hindistan

İtaliya

Latviya

Litva

Malta

Marşal adaları

Meksika

Moldova

Şimali Makedoniya

Peru

Samoa

Sloveniya

prezident

İsveçrə Konfederasiyası

Tanzaniya

Tayland

Toqo

Trinidad və Tobaqo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri