Icma.az
close
up
RU
Dünyanı sarsıdan təyyarə FACİƏLƏRİ: Emiliano Saladan Priqojinə...

Dünyanı sarsıdan təyyarə FACİƏLƏRİ: Emiliano Saladan Priqojinə...

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

ABŞ-nin Florida ştatında bu ayın əvvəli yaşayış məntəqəsinə düşən özəl təyyarədə doqquz nəfər həyatını itirib. Pilotun son radio danışıqları və 20 yaşlı ikinci pilotun kimliyi məlum olub. Təyyarənin yerə çırpılmadan əvvəl havada parçalanmağa başladığı müəyyən edilib. 

Lent.az yerli mediaya istinadən xəbər verir ki, bu faciə basketbol əfsanəsi Kobe Brayantdan futbolçu Emiliano Salaya, Rusiyanın “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojindən musiqi dünyasının tanınmış simalarına qədər böyük əks-səda doğuran hava qəzalarını yenidən gündəmə gətirib.

Baham adalarına uçan “Learjet 60” tipli özəl təyyarə Floridanın Qrinakrs şəhərində yola düşərək partlayıb. Təyyarədə olan doqquz nəfərin hamısı həyatını itirib.

Ölənlər arasında 20 yaşlı ikinci pilot Nataliya Filqeyras da olub. Pilotun təşviş içində dediyi son sözlər “Yerə çırpılacağıq” və “Vaxtımız qalmadı” olub.

Ekipaj uçuş zamanı buzlaşma və turbulentlik barədə məlumat verib. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası təyyarənin hələ havada olarkən parçalanmağa başladığını müəyyən edib. Qəzanın dəqiq səbəbi araşdırılır.

Kobe Brayant və qızı helikopter qəzasında öldü

NBA əfsanəsi Kobe Brayant, qızı Cianna və onlarla birlikdə olan daha yeddi nəfər 2020-ci ildə Kaliforniyanın Kalabasas bölgəsində qəzaya uğrayan “Sikorsky S-76B” helikopterində həyatını itirib.

Doqquz nəfərin ölümü ilə nəticələnən qəzanı araşdıran ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası pilot Ara Zobayanın sıx buludların arasına daxil olduqdan sonra məkan oriyentasiyasını itirdiyini müəyyən edib.

Pilot helikopterin yüksəldiyini düşünsə də, hava nəqliyyatı sürətlə aşağı enərək dağ yamacına çırpılıb.

Priqojinə qarşı sui-qəsd iddiası

Rusiyanın “Vaqner” muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojini daşıyan “Embraer Legacy 600” tipli özəl təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Təyyarədəki 10 nəfərin hamısı ölüb.

Priqojin Rusiya Baş Qərargahına qarşı başladığı uğursuz silahlı qiyamdan iki ay sonra həyatını itirib. ABŞ kəşfiyyatı təyyarənin qəsdən törədilmiş partlayış nəticəsində düşmüş ola biləcəyini qiymətləndirib.

Lakin qəzanın dəqiq səbəbi ictimaiyyətə açıqlanmayıb.

Emiliano Salanın təyyarəsində ölümcül qaz

Argentinalı futbolçu Emiliano Sala 2019-cu ildə Nantdan Kardiffə uçarkən La-Manş boğazına düşən “Piper Malibu” tipli özəl təyyarədə pilot Devid İbbotsonla birlikdə həlak olub.

Böyük Britaniyanın aviasiya qəzalarını araşdıran mütəxəssisləri pilotun əlverişsiz hava şəraitində idarəetməni itirdiyini və təyyarənin həddindən artıq sürət səbəbindən havada parçalandığını müəyyən ediblər.

Bundan başqa, kabinəyə sızan dəm qazının pilotun vəziyyətinə təsir göstərmiş ola biləcəyi və uçuşun tələb olunan kommersiya icazələri olmadan həyata keçirildiyi üzə çıxıb.

Müğənni Aaliyanın təyyarəsi həddindən artıq yükləndiyi üçün qəzaya uğradı

Amerikalı müğənni Aaliya 2001-ci ildə Baham adalarında klip çəkilişlərini başa vurduqdan sonra mindiyi “Cessna 402B” tipli özəl təyyarənin havaya qalxdıqdan dərhal sonra qəzaya uğraması nəticəsində həyatını itirib. Təyyarədə olan doqquz nəfərin hamısı ölüb.

Qəza ilə bağlı aparılan araşdırma zamanı təyyarənin maksimal uçuş çəkisini təxminən 427 kiloqram aşdığı, ağırlıq mərkəzinin təhlükəsiz hədlərdən kənarda olduğu və pilotun lazımi uçuş ixtisasına malik olmadığı müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Noyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri