Icma.az
close
up
RU
Dünyanı “yarımcan” edəcək PANDEMİYA gəlir: Gizli güclərin yeni PLANI

Dünyanı “yarımcan” edəcək PANDEMİYA gəlir: Gizli güclərin yeni PLANI

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həkim: “...bu cəhdlər dünyanı böyük fəlakətə sürükləyə bilər” 

Xəbər verdiyimiz kimi, türkiyəli professor Oytun Erbaş ötən gün verdiyi açıqlaması ilə müzakirələrə səbəb olub.

Belə ki, o, xəbərdarlıq edib ki, dünyanı 2-5 il ərzində qorxunc pandemiya gözləyir.

Onun sözlərinə görə, pandemiya nəticəsində dəhşətli ölüm halları baş verəcək: "Dünyanı pis günlər gözləyir. Hər iki nəfərdən biri həyatda qalmayacaq. Çox böyük ölüm faizi müşahidə ediləcək" - Erbaş əlavə edib.

Bundan əvvəl də tanınmış şəxslərin bənzər açıqlamalarının şahidi olmuşduq. Dünya milyarderi Bill Qeyts qorxunc bir pandemiyanın olacağını proqnozlaşdırmışdı.

 Bundan sonra isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da təhlükəli bir virusun olacağını və dünya səhiyyəsinin arxayın olmaması üçün xəbərdarlıq etmişdi.

Növbəti pandemiyanın qrip infeksiyasından olacağını deyən həkimlər də var. Bəzi mütəxəssislər isə qeyd edir ki, tez bir zamanda pandemiyanın baş verməsi mümkün deyil. Çünki tarixən pandemiyalar arasında xeyli müddət fərq olub. Yaxın beş ildə növbəti pandemiyanın olması ilə bağlı proqnozlar virusun süni şəkildə yayılacağı ehtimallarını da artırır.

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a mövzu ilə bağlı belə şərh verib:

“Son vaxtlar bu kimi açıqlamalara tez-tez rast gəlirik. Bu ehtimallar müəyyən əsaslara söykənir. Qloballaşan dünyada mübarizə artıq tamam fərqli bir müstəviyə keçib. Hətta böyük güclər arasında baş verən mübarizələrdə də müxtəlif üsullardan istifadə edilir.  Məsələn, bu gün nüvə silahına malik ölkələrin bir-birinə qalib gəlməsi çətinləşib. Bəzi hallarda isə müharibənin dolayı yollarla davam etdiyini müşahidə edirik. Bu dolayı müharibələrdən biri də bioloji müharibələr ola bilər. Belə müharibələrə cəhdlər mümkündür və bu cəhdlər dünya miqyasında böyük fəsadlara səbəb ola bilər. Hazırkı dövrdə insanların hərəkətliliyi son dərəcə artıb. Belə bir vəziyyətdə yeni pandemiyanın başlanması halında onun yayılma arealı və təsirləri olduqca geniş və ağır ola bilər”.

Həkim qeyd edir ki, bu ehtimalların ortaya çıxmasının digər səbəblərindən biri də böyük iqtisadi maraqlardır: “Bu maraqlar da müəyyən qüvvələri belə prosesləri təhrik etməyə sövq edə bilər. Ümumiyyətlə, bəzi alimlərin qeyd etdiyi kimi, rəqəmsallaşmaya keçidin sistemləşməsi üçün də bu cür cəhdlərə yol verən güclər ola bilər. COVID dövründə bunun şahidi olduq – insanlar evdə oturarkən daha çox onlayn fəaliyyətə başladılar. Bu isə dünyada ümumi nəzarətin həyata keçirilməsi üçün əlavə imkanlar yaratdı. Çünki qlobal nəzarətin təmin olunması yalnız tam rəqəmsallaşmış, mərkəzdən idarə olunan sistemlər vasitəsilə mümkündür. Belə bir pandemiya, insanları evdə qalmağa məcbur etməklə, rəqəmsallaşmaya sürətli keçidi təmin edə və bütün sistemlərin mərkəzləşdirilməsinə zəmin yarada bilər.

İqtisadi maraqlar deyərkən, burada böyük gəlir əldə edən güclər nəzərdə tutulur. Söhbət onlarla milyard dollardan gedir. Pandemiya dövründə tətbiq olunan dərman preparatları və tibbi sənaye bu prosesə cəlb olundu. Əlbəttə, peyvənd biznesini də yaddan çıxarmaq olmaz. Milyardlarla insanın peyvənd olunması – bu prosesin hansı rəqəmlərlə ifadə olunduğunu təsəvvür etmək çətin deyil. Bütün bunlar pandemiya həvəskarlarını belə destruktiv addımlar atmağa sövq edə bilər. Lakin mən düşünürəm ki, bütün bunlar yalnız ehtimallardır. Bu cür niyyətlər dünyanın sonunu gətirə biləcək təhlükəli addımlar olsa da, dünyanı qoruyacaq güclər də mövcuddur. Ayrı-ayrı ölkələrin səhiyyə sistemləri, vicdanlı insanlar və COVİD-dən əldə etdiyimiz təcrübə var. Ancaq destruktiv meyllər hər zaman mövcud olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri