Icma.az
close
up
RU
Dünyanın 10 ən varlı adamı: Yarısı yəhudilərdir SİYAHI

Dünyanın 10 ən varlı adamı: Yarısı yəhudilərdir SİYAHI

Lent az saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin əvvəlində dünyanın ən varlı on adamı məlum olub. Bu siyahı bir il əvvəl olduğu kimi demək olar ki, eyni qalır.

Lent.az-ın məlumatına görə, ənənəvi olaraq hər il Amerikanın nüfuzlu maliyyə və iqtisadi jurnalı “Forbes” tərəfindən tərtib edilir və nəşr olunur.

Bu siyahıda birinci yerdə keçən il olduğu kimi yenə də “Tesla”, “SpaceX” və X (keçmiş Twitter) şirkətlərinin baş direktoru İlon Mask olub.

Onun sərvəti 421,2 milyard dollar təşkil edib (243,7 milyard dollar olan keçən ilin sentyabr ayı ilə müqayisədə təxminən iki dəfə çox).

“Amazon”un qurucusu Ceff  Bezos 233,5 milyard dollar sərvətlə ikinci yerdə (keçən ilin sentyabrında 197 milyard dollar idi) qərarlaşıb.

Üçüncü yerdə 209,7 milyard dollar sərvətlə yəhudi əsilli amerikalı milyarder Larri Ellison (ötən ilin sentyabrında o, 174,7 milyard dollarla yalnız beşinci yerdə idi) qərarlaşıb.

Dördüncü yeri Meta (Facebook) baş direktoru və təsisçisi Mark Zukerberq tutur. O, 202,5 milyard dollar sərvəti olan amerikalı yəhudidir (keçən sentyabrda 180,5 milyard dollar idi).

Beşinci yerdə ailəsi ilə birlikdə bir sıra aparıcı lüks brendlərə - “Louis Vuitton”, “Dior” və “Tiffany”yə sahib olan Bernar Arnodur. Ümumi kapital 168,4 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da ötən il üçüncü yeri tutduğu 189,4 milyard dollardan aşağıdır.

Altıncı yerdəki başqa bir yəhudi əsilli amerikalı sahibkar Larri Peycin sərvəti sentyabrda 136,1 milyard dollardan 156 milyard dollara yüksəlib (o zaman o, səkkizinci yerdə idi).

Yeddinci yerdə yenə də amerikalı yəhudi olan Sergey Brin 149 milyard dollar sərvətlə qərarlaşıb, ötən ilin sentyabrında 130,4 milyard dolları var idi. Peyclə birlikdə “Google”nu quran Brin də doqquzuncu yerdən yeddinci yerə yüksəlib.

Səkkizinci yerdə Berkshire Hathaway investisiya çirkətinin baş direktoru və sədri  94 yaşlı Uorren Baffet qərarlaşıb. Onun sərvəti 141,7 milyard dollar olub.

“Microsoft”un keçmiş baş direktoru və amerikalı yəhudi Stiv Balmer 124,3 milyard dollar sərvətlə (sentyabrda 122,5 milyard dollar idi) doqquzuncu yerdədir. Balmer də siyahıda bir pillə irəliləyib.

Siyahıda sonuncu yerdə 127,9 milyard dollar sərvəti ilə “Nvidia”nın prezidenti və baş direktoru Censen Huanq gəlir. Onun siyahıya daxil olması “Microsoft”un qurucusu və həmtəsisçisi, keçən il yeddinci yerdə olan Bill Qeytsin getməsinə səbəb olub.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Yanvar 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri