Icma.az
close
up
RU
Dünyanın bölüşdürməsi xəbərinə reaksiya Qlobal şəbəkələrin maraqlarını ifadə edən...”

Dünyanın bölüşdürməsi xəbərinə reaksiya Qlobal şəbəkələrin maraqlarını ifadə edən...”

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, “Nüfuzlu “Newsweek” (“Nyusvik”) dərgisi dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünəcəyini əks etdirən xəritə dərc edib. Bölgüyə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ “Monro doktrinasına” görə Şimal Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq.

Dərginin Rusiyaya verdiyi “pay” da maraqlıdır. Dərginin məntiqinə görə, Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq. Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib.

Bu bölgü nəyə hesablanıb?

Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, bu, konkret bir sövdələşmə və ya ciddi anlaşmanın nəticəsi deyil:

“Qlobal şəbəkələrin maraqlarını ifadə edən dezinformasiyadır. Heç bir reallığı əks etdirmir. Daha çox beynəlxalq ictimai rəyi bu yöndə kökləməyə və reaksiyaları test etməyə hesablanıb. Çünki belə bir sistem İkinci Dünya müharibəsindən sonra mövcud olmuşdu. Hazırda dünyada qlobal güc mərkəzlərinin əhatə dairəsi anlayışı yoxdur. Dünya artıq köhnə dünya deyil. Bu gün Avropa, Qərb, Asiya, Avrasiya, Şimal və Cənub regionlarında bir çox güc mərkəzləri yaranıb. Belə iddialı dövlətləri hansısa mərkəzə bağlamaq, onları orbitində fırlanan subyekt kimi göstərmək məntiqli deyil. ABŞ və Rusiya rəhbərlərinin oturub danışması ilə dünyanın hansısa bölgələrinin kimin təsiri altında olması barədə qərar verməsi heç nəyi ifadə etmir”.

Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Amerika imperializminin son baronlarından biridir:

Natiq Miri

“Onun əsas xidmət etdiyi qayə Atlantik okeanından Sakit okeana qədər ABŞ-ı genişləndirməkdir. Bunun içərisinə bir çox ölkə və coğrafiyalar daxildir. Bu düşüncə mövcuddur, lakin praktik olaraq yerinə yetirilməsi mümkün deyil. ABŞ bu gün kiçik Qrenlandiya adasını belə ələ keçirməkdə zəiflik göstərir, Kanadanı 51-ci ştat olmaq təhdidi ilə hədələyir. Regional gücdən qlobal gücə çevrilməkdə olan qardaş Türkiyəni hansı mərkəzlərə bağlamaq mümkündür? Mövcud geosiyasi vəziyyətdə Türkiyə NATO üzvüdür. Lakin ABŞ-ın və digər NATO ölkələrinin maraqlarına zidd bir çox addımlar atır. Türkiyə kimi böyüyən, 1,6 milyard əhalisi olan Hindistan, Pakistan kimi nüvə silahına malik və s. ölkələr var. Bu ölkələrin sayı xeyli çoxdur. Belə olduğu halda münasibətləri köhnə əməkdaşlıqlar çərçivəsində qurmaq mümkün deyil”.

Natiq Miri qeyd edir ki, bir çox mərkəzlər, BMT kimi nüfuzlu təşkilatlar bu gün işlək mexanizmi olmayan, qısır qurumlara çevrilib:

“Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS, Türk Dövlətləri Təşkilatı kimi strukturların yarandığı bir vaxtda, hansısa ölkənin nüvə dövləti olması və digərlərinin onun ətrafında orbit kimi fırlanması anlayışları qəbuledilməzdir. Yalnız bərabərhüquqlu münasibətlər sistemindən söhbət gedə bilər. Məhz bu yanaşma ölkələri həmin mərkəzlərə cəlb edir. İstiqamətlər isə iqtisadi və ticari əməkdaşlıqdan ibarətdir. Rusiya özü-özünə yetərli bir ölkə deyil. Ölkə iqtisadiyyatı sürətlə çöküşə doğru gedir. Rusiya əhalisi yeddi türk respublikasının dəstəyi sayəsində ayaqdadır. Belə böyük bir coğrafiyanı Rusiyanın təsir dairəsinə vermək absurddur. Bu, digər qlobal güclər üçün də keçərlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri