Icma.az
close
up
RU
Dünyanın ən bahalı avtomobili: Üç təyyarə və ya iki yaxta qiymətinə TOP 10

Dünyanın ən bahalı avtomobili: Üç təyyarə və ya iki yaxta qiymətinə TOP 10

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Dünyada ən zəngin insanların ala biləcəyi lüks avtomobillərdən biri təqdim olunub.

Qaynarinfo xəbər verir ki, ən bahalı yeni avtomobil "Rolls-Royce La Rose Noire Droptail" adlanır və onun qiyməti 30 milyon dollardan çoxdur. Bu məbləğ şəxsi təyyarənin üç misli və ya superyaxtanın iki misli dəyərinə bərabərdir.


Ən bahalı avtomobil auksionunda isə 1955-ci il istehsalı olan "Mercedes-Benz 300 SLR Uhlenhaut Coupe" qalır. O, 2022-ci ildə 135 milyon avroya (təxminən 158 milyon dollara) satılıb.

Yeni "Rolls-Royce Droptail" dörd nüsxədə hazırlanıb, amma "La Rose Noire" xüsusi sifarişli və ən bahalısıdır. Onun rəng çaları "True Love" adlanır və işıqdan asılı olaraq dəyişir. İstənilən nəticəyə nail olmaq üçün "Rolls-Royce" mütəxəssisləri 150-dən çox təcrübə aparıblar.


Salonun ən diqqətçəkən detalı parket mozaikasıdır. Qara ağacdan hazırlanan 1603 xırda parçadan ibarət bu dekor gül ləçəklərinin düşməsini təsvir edir. Onun hazırlanması təxminən iki il çəkib. Ön paneldə isə "Audemars Piguet Royal Oak Concept" saatı yerləşdirilib və onu avtomobildən çıxarıb biləkdə gəzdirmək mümkündür.

Avtomobilin damı karbon lifdən hazırlanıb, oturacaqları isə "Mystery Red" və "True Love Red" çalarlarında eksklüziv dəri ilə üzlənib. 6,75 litrlik V12 mühərrik 600 at gücü hasil edir və avtomobili 0-dan 100 km/saat sürətə 5 saniyəyə çatdırır.

İlk onluqda digər bahalı avtomobillər

"Rolls-Royce" şirkətinin digər iki modeli də siyahıya daxildir: "Boat Tail" (28 milyon dollar) və "Sweptail" (13 milyon dollar). Hiperkarlar arasında "Bugatti La Voiture Noire" (18,7 milyon dollar) liderlik edir. O, 1936-cı ilin əfsanəvi "Bugatti Type 57SC Atlantic" modelindən ilhamlanaraq tək nüsxədə yaradılıb.

Dünyanın ən bahalı avtomobillərinin TOP-10 siyahısı belədir:

1. Rolls-Royce La Rose Noire Droptail – 30 milyon dollardan çox

2. Rolls-Royce Boat Tail – 28 milyon dollar

3. Bugatti La Voiture Noire – 18,7 milyon dollar

4. Rolls-Royce Sweptail – 13 milyon dollar

5. Bugatti Chiron Profilée – 10,7 milyon dollar

6. Bugatti Centodieci – 8,8 milyon dollar

7. Mercedes-Maybach Exelero – 8 milyon dollar

8. Pagani Huayra Codalunga – 7,7 milyon dollar

9. Pagani Huayra Imola Roadster – 6 milyon dollar

10. Bugatti Divo – 5,5 milyon dollar

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri