Dünyanın ən bahalı otel otağı Qiyməti od tutub yanır
Publika.az saytına istinadən Icma.az xəbər verir.
Dünyanın ən bahalı oteli 20 otaqlıdır və bir gecəsi 80.000 funt sterlinqə (təxminən 170 min manat) başa gəlir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Atlantis the Royal Dubay" oteli 2023-cü ilin yanvarında açılıb və gecəsi 60.000 funt-sterlinq (təxminən 128 min manat) olan "Palms Casino Resort"u keçərək dünyanın ən bahalı oteli olub.
Bildirilir ki, suitdə dörd yataq otağı, qonaq otağı, yemək otağı, mətbəx, bar və oyun sahəsi, üstəlik iki mərtəbədə ofis, böyük hovuzu olan nəhəng terras var.
Binanın qapalı körpüsünün 18 və 19-cu mərtəbələrində yerləşən otaqdan Burj Xəlifə, Ayn Dubay və Ərəb körfəzi kimi görməli yerlərə mənzərə açılır.
Burada siz qızılla örtülmüş diş fırçaları, daraqlar və ülgüclər, "Hermes" tualet əşyaları, "Frette" xalatları, vintage yastıqlar, 146 düymlük televizor və eksklüziv Louis Vuitton stolu tapa bilərsiniz.
Adəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 07 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















