Icma.az
close
up
RU
Dünyanın ən bahalı üç paltarı Onları kimlər geyinib?

Dünyanın ən bahalı üç paltarı Onları kimlər geyinib?

Icma.az, Lent az saytına istinadən bildirir.

Bunlar artıq bir dövrün simvoluna çevrilmiş əfsanəvi libaslardır və bu gün milyonlarla dollara satılsalar da, əslində onlar qiymətsiz mədəni irs nümunələridir.

Lent.az hərraclarda rekord qırmış üç libası təqdim edir.

“Happy Birthday, Mr. President” — Merilin Monronun 4,8 milyon dollarlıq donu

Bu sadəcə bir don deyil, əsl xəzinədir. Aktrisa Merilin Monro onu 1962-ci ildə geyinərək “Madison Square Garden” səhnəsinə çıxmış və o dövrün prezidenti Con Kennedi üçün məşhur “Happy Birthday” ifasını səsləndirmişdi. Axşam ziyafəti üçün nəzərdə tutulmuş bu futlyar-donu modelyer Jan Lui Berto (daha çox Jan Lui kimi tanınır) hazırlamışdı. Dizayner “çılpaq” görünümlü libas üçün Fransadan ən incə dəri rəngli ipək parçadan və tikilişdə demək olar ki, görünməyən saplardan istifadə etmişdi. Don Monronun Brendvudakı evində tikilmişdi, qəlib isə birbaşa onun fiqurasına uyğun götürülmüşdü.

2016-cı ildə bu don rekord vuraraq hərracda satılan ən bahalı libas oldu — o, 4,8 milyon dollara alındı.

“The Seven Year Itch” — Monronun 4,6–5,6 milyon dollarlıq ağ donu

Metrodan qalxan hava axınının yüngül ətəyi qaldırdığı kadr XX əsr kinosu üçün kult səhnəyə çevrildi. Aktrisa Merilin Monronun geyindiyi don isə kanonik oldu və dərhal qadın seksuallığının və azadlığının simvoluna çevrildi. Məhz bu libas Monronu ulduza çevirdi.

Bu əfsanəvi donun müəllifi stilist, geyim rəssamı və Monronun dostu (bəzi şayiələrə görə hətta sevgilisi) Uilyam Travilla idi. O, aktrisa üçün çoxlu kino obrazları yaratmışdı, amma bu libasa xüsusi önəm vermirdi və onu “bu axmaq balaca don” adlandırırdı. Belə fason 50-ci illərdə çox dəbdə idi, buna görə də Travillanın məhz bu modeli seçməsi təəccüblü deyildi.

2011-ci ildə bu don “Profiles in History” hərracında 4,6 milyon dollardan çox qiymətə satıldı (komissiya ilə birlikdə — 5,6 milyon dollardan yuxarı). Bu obraz bu gün də dünya kinosunun ən çox tanınan simvollarından biri olaraq qalır.

“Qara Givenchy donu” — Odri Hepbern “Tiffanidə səhər yeməyi” filmində — 923 min dollar

Yuber de Jivanshi tərəfindən hazırlanmış zərif qara don kult filmi “Tiffanidə səhər yeməyi”nin əsas bəzəyi və qüsursuz zövqün simvolu oldu. Dizayner və Odri uzun illər dostluq edərək, əməkdaşlıq qurmuşdular. Bu don 60-cı illərin üslubunu və Paris dəbdəbəsini “Givenchy” moda evinin ən yaxşı ənənələrində təcəssüm etdirirdi.

Modelyer çəkilişlərdən əvvəl Odri üçün bu donun üç nüsxəsini hazırlamışdı. Əl ilə tikilmiş orijinal don hazırda “Givenchy”nin şəxsi arxivində saxlanılır, Odri tərəfindən Paramount-a qaytarılan nüsxə isə Madridin Museo del Traje muzeyində nümayiş olunur. Digər bir nüsxə isə 2006-cı ilin dekabrında “Christies” hərracında anonim alıcıya 923 min dollara satılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Avqust 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri