170 manat ödədi, 5130 manat sığorta ödənişi aldı
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Aqrar Sığorta Fondu (ASF) İmişli rayonunda sığorta hadisəsi baş vermiş heyvandarlıq təsərrüfatına zərər ödənişi həyata keçirib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, İmişli rayonunun Xəlfəli kənd sakini fermer Ədalət Quliyevin təsərrüfatında cins mal-qaranın yoluxucu xəstəlik səbəbindən tələf olmasına görə 5130 manat sığorta ödənişi edilib. Dövlət dəstəyi ilə alınmış cins heyvanın ümumi dəyəri 5700 manat olub. Qanunvericiliyə uyğun olaraq, ASF tərəfindən bu məbləğdən 10 faiz azadolma məbləği çıxılmaqla, 90 faizlik hissə - 5130 manat ödəniş edilib.
Fermer tələf olmuş heyvanın birillik sığorta edilməsi üçün 170 manat sığorta haqqı ödəyib. Hadisə nəticəsində edilmiş sığorta ödənişi isə heyvanın birillik sığortalanmasına çəkilən xərclə müqayisədə 30 dəfə artıq olub.
Fermer Ədalət Quliyev aqrar sığorta mexanizmindən razılığını bildirib. Onun sözlərinə görə, aqrar sığorta ödənişi yoluxucu xəstəlik nəticəsində ona dəymiş zərərin böyük hissəsinin qarşılanmasına imkan verib. O, digər fermer və təsərrüfat sahiblərini də dövlətin yaratdığı bu imkandan istifadə etməyə, əkin sahələrini və heyvanlarını sərfəli şərtlərlə sığortalamağa çağırıb.
Qeyd edək ki, İmişli rayonu ən çox sığorta ödənişi həyata keçirilən rayonlardan biridir. İndiyədək ASF tərəfindən rayondakı fermer və təsərrüfatlara ümumilikdə 2 milyon 552 min manat sığorta ödənişi edilib. Bu məbləğin 1 milyon 94 min manatı bitkiçilik, 1 milyon 458 min manatı isə heyvandarlıq sahəsi üzrə ödənilib.
ASF fermerləri və təsərrüfat sahiblərini öz heyvanlarını, eləcə də payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və meyvə bağlarını, həmçinin heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
ASF-nin göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Fondun rəsmi internet səhifəsindən və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Xatırladaq ki, ASF əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və akvakultura məhsullarını çoxsaylı risklərdən sığortalayır. Aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanlarını yoluxucu xəstəliklər, otdan, yemdən və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşərat sancması, təbii fəlakətlər və təbiət hadisələri, yanğın, üçüncü şəxslərin hərəkətləri, heyvanın avtomobillə vurulması, qəza zamanı tələf olması, oğurluq və digər risklərdən sığortalamaq mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 Noyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















