Dünyanın ən bahalı və ağır kitablarından biri oğurlandı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Fransanın mərkəzində yerləşən İssuar kommunasında dünyanın ən bahalı və ağır kitablarından biri oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ici" radiostansiyası məlumat yayıb.
Söhbət Jozef Forenin 1958-1961-ci illərdə hazırladığı "Apokalipsis" kitabından gedir. Əsərin üz qabığını məşhur rəssam Salvador Dali hazırlayıb.
Kitab oktyabrın 4-dən 5-nə keçən gecə Kristian Karutzosun təsis etdiyi müasir incəsənət mərkəzindən oğurlanıb.
Əsərin çəkisi 210 kiloqramdır. Bunun 150 kiloqramı Salvador Dalinin hazırladığı bürünc üz qabığının payına düşür.
"Apokalipsis" İoannın "Vəhy" kitabı əsasında hazırlanıb. Əsərin yaradılmasında Salvador Dali, Jan Kokto, Bernar Büffe və Osip Tsadkin də daxil olmaqla, 15-ə yaxın tanınmış sənətçi və yazıçı iştirak edib.
Kitab ilk dəfə nəşr olunduğu vaxt 100 milyon köhnə franka qiymətləndirilib. Karutzos isə onu 2003-cü ildə Yaponiyada keçirilən hərracda "bir neçə milyon avroya" alıb.
Baxış sayı:180
Bu xəbər 06 Oktyabr 2026 06:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















