Icma.az
close
up
RU
Dünyanın ən böyük “düşməni”...

Dünyanın ən böyük “düşməni”...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tramp xəbərdarlıq etdi: ...dünya məhv olacaq

Qlobal nüvə arsenalı hansı vəziyyətdədir?

“Sivilizasiyanın inkişaf səviyyəsi Yer kürəsini dağıtmağa yetdiyi zaman hər şeyin sonu gələcək”. Bu deyim məşhur bir aforizm olsa da, bu günün reallığı ilə tam səsləşir. Bəli, təəssüf ki, bəşəriyyət yaşadığımız külli-kainatı yerlə-yeksan edəcək gücə sahibdir. Bunun üçün isə yalnız bir “düymə”yə sıxmaq bəs edir...

Söhbət, yarandığı gündən insanlıq əleyhinə ən qorxunc silah sayılan nüvə silahından gedir. Maraqlıdır ki, bu silah dünyanın kiçik və böyük, güclü və ya zəif, iqtisadiyyatı irəlidə və ya geridə olan dövləti də fərqləndirmir - bu silahın qarşısında hər kəs, hər şey acizdir...

Nüvədən imtina yolları...

Nüvə silahından 1945-ci ildə iki dəfə istifadə olunub. Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinin bombardman edilməsindən sonra bu qorxunc silahdan istifadə olunmasa da, yeni bir nüvə təhdidinin yaranması bütövlükdə yer kürəsinin sonu demək olar. Çünki, əgər ötən əsrin əvvəlində yalnız bir və ya iki ölkənin nüvə silahı var idisə, bu gün dünyanın əksər dövlətləri bu dəhşət saçan ölüm silahına malikdir.

Ümumiyyətlə, nüvə silahından imtina məsələsi hər zaman beynəlxalq müstəvidə aktuallıq daşıyıb - hələ ötən əsrin ortalarında bu silaha malik iki ölkə, ABŞ və keçmiş SSRİ tərəfindən 1953-cü ildə atmosferdə nüvə sınağına moratorium qoyulmuşdu. Lakin bu qadağa keçmiş SSRİ tərəfindən 1961-ci, ABŞ tərəfindən 1962-ci ildə pozuldu. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Komissiyası atmosfer, kosmos və su altında nüvə sınağını qadağan edən bir müqavilə hazırlayıb. Müqavilə ABŞ və keçmiş SSRİ də daxil olmaqla BMT-yə üzv olan 100-dən çox dövlət tərəfindən imzalanıb. 1968-ci ildə ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin istisna olmaqla bütün ölkələrə nüvə silahına sahib olmağı qadağan edən başqa bir saziş bağlanıb. 1990-cı illərin ortalarında sazişə 181 ölkə qoşulub, 1995-ci ildə isə vaxtı qeyri-müəyyən müddətə uzadılıb.

1985-ci ildə isə Hindistanda qəbul edilmiş Dehli   Bəyannaməsi nüvə silahlanması rəqabətinin dayandırılması və beynəlxalq səviyyədə nüvə silahı cəbbəxanalarının tədricən aradan qaldırılması haqqında çağırışa çevrildi. Dehli Bəyannaməsi ilk olaraq Hindistan, Argentina, Yunanıstan, Meksika, Tanzaniya və İsveç hökumətləri tərəfindən imzalanıb. Bəyannamənin imzalanmasına səbəb hərbi konfliktlər zamanı ətraf mühitə vurulan zərər, müharibələrin bitməsindən çox illər sonra da ekosistemin vəziyyətinə, təbii sərvətlərə, hətta bir nəslin həyatına olan mənfi təsir haqqında hər kəsi məlumatlandırmaqdır.

Nüvə arsenalının 90 faizi iki dövlətin payına düşür...

Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp nüvə silahından istifadəni və nüvə gücləri klubunun genişləndirilməsini qəbuledilməz hesab edir. Bu barədə o, Mayamidə keçirilən investisiya forumunda bildirib.

“Əgər bu baş verərsə, dünya məhv olacaq”, - deyə ABŞ lideri nüvə silahının mümkün istifadəsi barədə danışarkən deyib. Tramp vurğulayıb ki, ABŞ başqa ölkələrin də nüvə silahı əldə etməsinə icazə verə bilməz.

Bəs, görəsən dünyada hazırda neçə nüvə başlığı mövcuddur? Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2024-cü ildə açıqladığı son hesabatda ölkələrin nüvə qüvvələrinə dair illik sorğusunu açıqlayıb. İnstitutun ekspertləri belə nəticəyə gəliblər ki, bütün nüvə ölkələri 2023-cü ildə öz arsenallarını genişləndiriblər. Bu məsələdə ən fəal Çin və KXDR olub. Ekspertlər qeyd edirlər ki, son bir il ərzində bütün doqquz nüvə dövləti - 5 rəsmi (Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa) və dörd qeyri-rəsmi (İsrail, Hindistan, Şimali Koreya, Pakistan) yeni nüvə silahlarına sahib olublar.

Dünyadakı bütün nüvə silahlarının təxminən 90 faizi Rusiya və ABŞ-ın payına düşür. Ötən il ərzində heç bir əsaslı dəyişiklik baş verməyib - onların nüvə qüvvələrinin vəziyyəti sabit qalır. İstisna yalnız, Rusiyanın 36 əlavə döyüş başlığı əldə etməsidir.

SIPRI-nin hesablamalarına görə, Çin nüvə qüvvələrini əhəmiyyətli dərəcədə artırıb: bu say 2023-cü ildə 410 idisə, 2024-cü ildə 500-ə qədər artıb. Analitiklər proqnozlaşdırır ki, bu, artmaqda davam edəcək - qüvvələrin necə tənzimlənməsindən asılı olmayaraq, onilliyin sonuna qədər Çin, Rusiya və ABŞ eyni sayda qitələrarası ballistik raketlərə (ICBM) sahib ola bilərlər. Baxmayaraq ki, Çin hələ də bu iki ölkədən daha az nüvə başlığına sahib olacaq”.

Böyük Britaniya isə 2023-cü ildə ehtiyatlarını artırmayıb, lakin bu, hələ də planlarının bir hissəsidir - yaxın illərdə ölkənin döyüş başlıqlarının sayı 225-dən 260-a yüksələ bilər. Fransa isə üçüncü nəsil nüvə sualtı qayıqlarının təchizatını davam etdirir.

Hindistanın hədəfi Pekindir...

Hindistan və Pakistan da ötən il ərzində arsenallarını bir qədər genişləndiriblər. Fərqi isə ondadır ki, İslamabadın əsas potensial zərbə hədəfi kimi Hindistan nəzərdə tutulsa da, ikinci daha çox Çindəki hədəfləri vura biləcək uzaq mənzilli sistemlərin istahsalına diqqət yetirməyə başlayıb.

KXDR da özünün milli təhlükəsizlik sistemində mərkəzi element saydığı nüvə arsenalını artırıb. SIPRI-nin hesabatına görə, Pxenyanın 50 döyüş başlığı və bu sayı 90-a çatdırmaq üçün kifayət qədər “xammalı” var.

Nüvə silahına malik olduğunu etiraf etməyən İsrail də öz imkanlarını, ilk növbədə, Dimona nüvə mərkəzində plutonium istehsalında təkmilləşdirir.

Beynəlxalq ekspertlərin fikrincə, 2023-cü ildə Ukrayna və Qəzzada baş verən münaqişələr nüvə diplomatiyasını daha da zəiflədib. Rusiya START Müqaviləsində iştirakını dayandırdı və sənədlə bağlı məlumat mübadiləsi tormozlandı. Moskva daha sonra nüvə sınaqlarını qadağan edən müqavilənin ratifikasiyasından geri çəkildi. İran və ABŞ isə 2023-cü ilin yayında nüvə sazişi ilə bağlı qeyri-rəsmi razılığa gəlsə də, gərginlik azalmadı - HƏMAS-ın İsrailə hücumu bu prosesi daha da qızışdırdı.

30 il öncə dünyanın III nüvə dövləti idi...

Qeyd edək ki, 30 il öncə dünyanın nüvə xəritəsi heç də indiki kimi deyildi - bu gün öz təhlükəsizlik qarantını qapılarda axtaran Ukrayna SSRİ-nin dağılmasından sonra dünyanın III nüvə dövlətinə çevrilmişdi. Bu amili özü üçün böyük təhlükə sayan böyük dövlətlər, xüsusilə də, ABŞ yeni “Avropa qrandı”nın yaranmaması üçün ilkin mərhələdə önləm almaq “məcburiyyətində qalmışdı”. Slavyan kökənli olması, Polşa ilə yaxınlığı, həmin vaxt sosialist şinelindən hələ tam xilas olmamış ölkələr ilə münasibətləri Ukraynanı Vaşinqton üçün baş ağrısına çevirə bilərdi. 1991-ci ildə SSRİ və ABŞ tarixdə ilk Strateji Silahların Azaldılması Müqaviləsini imzalasa da sənəd ratifikasiya olunmadı - SSRİ-nin dağılması ilə İttifaqın nüvə potensialı yeni dövlətlərin - Belarus, Qazaxıstan, Rusiya və Ukraynanın balansına keçdi. Hətta 1993-cü ildə Ukrayna parlamenti prezident Kravçuka müraciətlərində nüvə silahından imtina etməməyi xahiş edirdilər. Onlar ən azı 20 il nüvə silahına sahib olmanın vacbiliyini önə sürürdülər. Kiyevin nüvə arsenalına isə SS-19 və SS-24 qitələrarası ballistik raketləri olan 176 qurğu, iki minə yaxın strateji nüvə başlığı, iki mindən çox taktiki nüvə silahı, həmçinin nüvə silahı daşıya bilən 44 strateji bombardmançı təyyarə daxil idi.

Amma çox keçmədi ki, yenə də böyük güclərin razılaşması ilə Ukrayna “nüvəsizləşdirildi”. 1992-ci ilin mayında ABŞ, Rusiya, Ukrayna, Belarusiya və Qazaxıstan Lissabon sazişlərini imzaladılar ki, bu sazişə əsasən, Ukrayna nüvə silahı olmayan dövlət kimi NPT-yə tezliklə qoşulmalı idi - amma Ukrayna raketləri verməyə tələsmirdi. 1993-cü ilin noyabrında NATO nüvə tərksilah prosesinin qarşısını almağa davam edərsə, Ukraynanı Sülh Naminə Tərəfdaşlıq proqramından kənarlaşdırmaqla hədələdi. Vaşinqton Ukrayna ilə münasibətləri inkişaf etdirmək üçün şərtin nə olduğunu açıqladı - Qərb dünyasından qovulma təhlükəsi öz rolunu oynadı. 1994-cü il yanvarın 14-də Rusiya, ABŞ və Ukrayna prezidentləri Boris Yeltsin, Bill Klinton və Leonid Kravçuk nüvə başlıqlarının Ukraynadan Rusiyaya verilməsi proseduru, təzminat və kompensasiyalar haqqında üçtərəfli bəyanat imzaladılar. Ukrayna üçün təhlükəsizlik zəmanətləri alındı. 1994-cü il fevralın 8-də Ukrayna NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının çərçivə sənədini imzaladı. Yekun sənədə isə 1994-cü il dekabrın 5-də Budapeştdə imza atıldı - orada Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ nümayəndələrinin imzaladığı memoranduma uyğun olaraq, böyük dövlətlər Ukraynanın nüvə silahından imtinası müqabilində onun suverenliyinə və müstəqilliyinə hörmət etmək, təhdidlərdən çəkinmək öhdəliklərini təsdiqlədilər. Budapeşt Memorandumunun elementlərinə təsir edən vəziyyət yaranarsa, onu imzalayanlar məsləhətləşmələr aparmağı öhdələrinə götürdülər...

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri