Dünyanın ən çox maaş alan futbol məşqçiləri YENİ SİYAHI
Lent az saytına istinadən Icma.az xəbər verir.
İspaniyalı mütəxəssis, 44 yaşlı Mikel Arteta dünyanın ən çox maaş alan 15 futbol məşqçisinin reytinqində birinci yerə yüksəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Artetanın Londonun “Arsenal” klubu ilə müqaviləsini 2030-cu ilə qədər uzatması onun maaşının əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Bununla da ispaniyalı mütəxəssis reytinqdə üçüncü pillədən birinci yerə yüksəlib.
Əvvəllər Arteta mövsüm ərzində təxminən 17,3 milyon avro qazanırdısa, yeni müqaviləyə əsasən, onun illik gəliri 26 milyon avroya çatıb. Bu göstərici ilə o, Simone İnzaqi və Dieqo Simeoneni geridə qoyub.
Buna qədər ən çox qazanan məşqçi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdıran italiyalı Simone İnzaqi idi. Onun illik maaşı 25,7 milyon avro təşkil edir. Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone isə 23,2 milyon avroluq gəlirlə ikinci pillədə qərarlaşmışdı.
Dünyanın ən çox maaş alan 15 futbol məşqçisinin siyahısı belədir:
Qeyd edək ki, siyahıda ispaniyalı məşqçilər üstünlük təşkil edirlər. Mikel Arteta, Xabi Alonso, Luis Enrike, Andoni İraola və Unai Emeri dünyanın ən yüksək maaş alan mütəxəssisləri sırasında yer alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 10 Oktyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















