Icma.az
close
up
RU
Dünyanın ən kiçik qəsəbəsinin 90 yaşlı tək sakini

Dünyanın ən kiçik qəsəbəsinin 90 yaşlı tək sakini

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Nebraska ştatında yerləşən Monovi yalnız bir nəfər əhalisi ilə “dünyanın ən kiçik qəsəbəsi” titulunu qoruyub saxlayır.

525.az “The Mirror” qəzetinə istinadən xəbər verir ki, qəsəbənin yeganə sakini, 90 yaşlı Elsi Eiler həm qəsəbənin bələdiyyə sədri, həm katibi, həm xəzinədarı, həm kitabxanaçısı və həm də yeganə kafesinin operatoru vəzifələrini yerinə yetirir.

BİR VAXTLAR CANLI OLAN QƏSƏBƏ

Cənubi Dakota sərhədindən beş mil məsafədə yerləşən Monovi, bir vaxtlar Elkhorn Dəmir Yolunda 150 nəfərin yaşadığı, restoranları və hətta həbsxanası olan qaynar bir yaşayış məntəqəsi idi. Lakin İkinci Dünya müharibəsindən sonra kənd təsərrüfatı şəraitinin pisləşməsi və kənd iqtisadiyyatının çökməsi ilə qəsəbə əhalisi sürətlə mühacirət etməyə başladı. Məktəblər, poçt şöbələri və mağazalar kimi əsas xidmətlərin bir-bir bağlandığı Monovidə əhali 1980-ci ildə 18-ə, 2000-ci ildə isə cəmi iki nəfərə (Elsi və əri Rudi - İ.C.) düşdü.

ƏRİNİN ÖLÜMÜNDƏN SONRA TƏK QALDI

Əri Rudi 2004-cü ildə vəfat etdikdən sonra Elsi Eiler qəsəbənin yeganə sakini oldu. Ginnesin Rekordlar Kitabına “dünyanın ən az əhalisi olan qəsəbə” kimi daxil olan Monovidə Elsi hər il müntəzəm olaraq bələdiyyə seçkiləri elanlarını yerləşdirir və sonra yeganə seçici kimi özünə səs verir.

“BURADA SANKİ BÖYÜK BİR AİLƏ VAR”

Bu gün qəsəbədə hələ də açıq olan yeganə yerlər Monovi kafesi və Elsinin ərinin xatirəsinə qurduğu “Rudi Eiler Xatirə Kitabxanası”dır. Elsi deyir ki, qəsəbədə tək yaşamasına baxmayaraq, özünü tənha hiss etmir. Yaşlı qadın, ətraf ərazilərdən kafesinə çatmaq üçün 30-40 kilometr məsafə qət edən sadiq müştərilərinin olduğunu qeyd edir: “Bura böyük bir ailə kimidir. Körpəlikdən tanıdığım insanlar indi öz körpələrini mənə göstərmək üçün gətirirlər”.

“MƏNİ BURADAN YALNIZ TABUTDA ÇIXARACAQLAR”

Qəsəbənin büdcə və vergi işlərini təkbaşına idarə edən Elsi Eiler, sağlamlığı imkan verdiyi müddətcə Monovini tərk etmək niyyətində olmadığını vurğulayır. “Məni buradan yalnız tabutda çıxaracaqlar” deyən Elsi əlavə edib ki, ondan sonra Monovi xəritədən yox olacaq və yol kənarında tərk edilmiş kiçik bir yerə çevriləcək.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Yanvar 2026 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri