Icma.az
close
up
RU
Dünyanın ən pis “turist tələsi” AÇIQLANDI

Dünyanın ən pis “turist tələsi” AÇIQLANDI

Icma.az, News24 saytına istinadən bildirir.

Nomad eSIM tərəfindən aparılan araşdırmaya görə, dünyanın ən çox məyus edən turistik məkanları müəyyənləşib. Daily Mail-də yayımlanan analizə əsasən, bu məkanlar səyahətçilər tərəfindən "aşırı izdiham", "bahalı qiymətlər" və "gözləntilərin altındakı təcrübələr" səbəbilə mənfi rəy alıb.

News24.az xəbər verir ki, araşdırmaya əsasən, dünyanın ən pis turist tələsi ABŞ-ın San-Fransisko şəhərində yerləşən Fisherman's Wharf liman bölgəsidir. İllik təxminən 12 milyon turistin ziyarət etdiyi bu bölgə, dəniz məhsulları restoranları və suvenir mağazaları ilə tanınsa da, buranı ziyarət edən çoxsaylı insan tərəfindən "çirkli, köhnəlmiş və aşırı kalabalıq" kimi təsvir edilib. Üstəlik, bu məkanla bağlı minlərlə insan rəyi onu açıq şəkildə "turist tələsi" adlandırıb.

İkinci yerdə isə ABŞ-ın Cənubi Dakota ştatında yerləşən Wall Drug yer alır. 1931-ci ildə kiçik bir aptek kimi fəaliyyətə başlayan bu yer, bu gün 76 min kvadratmetrlik nəhəng bir turistik məkana çevrilib. Burada turistlər 5 sentlik qəhvə, təravətli şirniyyatlar və nostalji fotostudiyadan yararlana bilirlər. Lakin 2 milyon ziyarətçiyə baxmayaraq, 1000-dən çox insan bu məkana da "turist tələsi" deyə dəyərləndirmə verib. Rəylərdə buranın “çox sıx və zövqsüz” olduğu, habelə “hər mağazada aldadıldığını” bildirənlər var.

Siyahının davamında Avropadan tanınmış turistik məkanlar yer alır:

3. Las Ramblas – Barselona, İspaniya

826 dəfə “turist tələsi” adlandırılıb. Kalabalıq və cibgirliklərlə tanınır. Bir istifadəçi bu küçəni “dünyanın ən şişirdilmiş yerlərindən biri” adlandırıb.

4. Temple Bar – Dublin, İrlandiya

687 dəfə bu ifadə ilə qeyd olunub. Bahalı qiymətlər, izdiham və təmizliyin zəif olması ən çox tənqid edilən məqamlar sırasındadır.

5. Checkpoint Charlie – Berlin, Almaniya

681 mənfi rəy. Soyuq Müharibənin simvolik sərhəd məntəqəsi bu gün suvenir dükanları ilə doludur. Ziyarətçilər tarixi əhəmiyyətli bir yerin bu qədər keyfiyyətsiz turistik məkana çevrilməsini sərt şəkildə tənqid ediblər.

6. The Royal Mile – Edinburq, Şotlandiya

539 nəfər tərəfindən mənfi dəyərləndirmə verilib. Edinburq Qalası ilə Holyroodhouse Sarayını birləşdirən bu tarixi yol əvvəllər yerli xalqın istifadəsində olsa da, indi turistlərin istilası altındadır.

Bu araşdırma səyahət planlaşdıranlar üçün xəbərdarlıq rolunu oynayır: məşhur olması, mütləq yaxşı təcrübə yaşadacağınız mənasına gəlmir.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri