Icma.az
close
up
RU
İlham Əliyevdən Tokayevə: “Qazaxıstanın uğurlarına sevinirik”

İlham Əliyevdən Tokayevə: “Qazaxıstanın uğurlarına sevinirik”

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç,
Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
 

Bu gün Qazaxıstan Respublikası Sizin yürütdüyünüz düşünülmüş siyasət nəticəsində hərtərəfli inkişaf edərək bütün sahələrdə nailiyyətlər əldə etmiş, iqtisadi potensialını gücləndirmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qazaxıstanın ildən-ilə yeni uğurlara imza atmasının şahidi olmaqdan, uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik.


Müntəzəm qarşılıqlı səfərlərimiz, görüşlərimiz, ali səviyyədə fəal dialoqumuz ikitərəfli münasibətlərimizin daha sürətlə inkişafında, strateji tərəfdaşlığımızın, habelə müttəfiqliyimizin möhkəmlənməsində və yeni məzmunla zənginləşməsində mühüm rol oynayır.
Bu yaxınlarda AQEM-in 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirirəm.
Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələri birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri