Icma.az
close
up
RU
Dünyanın ən qorxulu okean keçidi

Dünyanın ən qorxulu okean keçidi

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dreyk boğazı Cənubi Amerikanın ən cənub nöqtəsi ilə Qərbi Antarktida yarımadası arasında yerləşən bir dəniz yoludur. XVI əsr səyyahı Ser Frensis Dreykin adını daşıyan bu keçid güclü fırtınaları və hündürlüyü 25 metrə çatan nəhəng dalğaları ilə tanınır.

Qaynarinfo “LiveScience” elmi jurnalına istinadən xəbər verir ki, Alfred Lansinq 1959-cu ildə nəşr olunan “Endurance: Shackleton’s Incredible Voyage” adlı kitabında Dreyk boğazını “dünyanın ən qorxulu okean hissəsi” kimi təsvir edib. Təxminən 965 kilometr enində olan bu kanal ətrafdakı okeanlara nisbətən daha dar olduğuna görə, buradan keçən axınların sürəti artır. Eyni zamanda, Antarktida ətrafında qərbdən şərqə maneəsiz əsən cənub küləkləri də Dreyk boğazına çatdıqda daha da güclənir.

Küləklərin bu dar boğazdan keçməsi buranı təxminən 48 saata qət edən gəmilər üçün təhlükəli və hətta ölümcül dalğalar yaradır. Ən yaxşı halda belə, bu dalğalar “Dreyk sarsıntısı” adlanan, fasiləsiz enişli-yoxuşlu bir səfərə səbəb olur.

İngiltərədəki Şərqi Angliya Universitetində fiziki okeanoqrafiya professoru olan Karen Heyvud 2024-cü ildə Dreyk boğazından keçdikdən sonra “National Geographic” nəşrinə verdiyi açıqlamada deyib: “Axşam yeməyinə getdiyiniz zaman boşqablarınızın və digər əşyalarınızın sürüşməməsi üçün bütün masalara yapışqan materiallar qoyulduğunu görmək həmişə diqqət çəkir”.

Heyvudun sözlərinə görə, Dreyk boğazı Atlantik, Sakit və Cənub okeanlarından gələn axınların birləşdiyi məkandır. Burada su kütlələri o qədər hərəkətlidir ki, adətən okeanlarda olan fərqli su qatları bir-biri ilə qarışır. Bu proses nəticəsində boğaz digər okean bölgələrinə nisbətən daha çox karbonu dərinliklərə çəkir.

“National Geographic” xəbər verir ki, dünya okeanları hər il insanların atmosferə buraxdığı karbonun 30%-dən çoxunu udur və Dreyk boğazı bu prosesin xüsusilə güclü olduğu yerlərdən biridir.

Boğaz eyni zamanda Antarktikanın soyuq qalmasında vacib rol oynayır. Əks halda, Cənubi Amerikadan cənuba doğru isti havanın irəliləməsi qarşısıalınmaz olardı. Araşdırmalar göstərir ki, Dreyk boğazı təxminən 49 milyon ilə 17 milyon il əvvəl açılıb və bu hadisə Antarktikada əhəmiyyətli soyuma prosesini sürətləndirərək nəhəng buz qatlarının formalaşmasına töhfə verib.

İngiltərədəki Sauthempton Universitetində fiziki okeanoqrafiya professoru olan Alberto Naveyra Qarabato “National Geographic”ə verdiyi açıqlamada, boğazdan keçərkən temperaturun nəzərəçarpacaq dərəcədə aşağı düşdüyünü və bunun hətta gəmilərdəki insanlar üçün belə hiss olunduğunu bildirib. “Birdən-birə özünüzü bu buzlu dünyanın içində tapırsınız”, deyə alim qeyd edib.

Beləliklə, boğazdakı güclü küləklər və burulğan axınlar dənizçilər üçün çətin və qorxulu şərait yaratsa da, eyni zamanda Antarktikanın soyuq iqlimini qoruyur. Lakin iqlim dəyişikliyi bu sistemi zəiflətməkdədir. Əgər Dreyk boğazının və onun sərt hava şəraitinin təsiri olmasaydı, donmuş qitənin hazırkı buz qatları xeyli az ola bilərdi.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Mart 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri