Dünyanın ən romantik 10 şəhəri açıqlanıb
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyanın ən romantik şəhərlərinin siyahısı açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə səyahət rezervasiyası şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrində qeyd olunub.
Araşdırma zamanı "Tripadvisor"da qeydiyyatdan keçmiş romantik restoran və hotellərin sayı, cütlüklər üçün məkanlar və "Google" sistemində toylarla bağlı axtarışlar analiz edilib. Nəticədə ilk onluq müəyyənləşdirilib.
İtaliyanın Venesiya şəhəri 10 üzərindən 9.65 xal toplayaraq Paris və Roma kimi şəhərləri geridə qoyub. Şəhərdə hər 100 min nəfərə düşən romantik restoran və hotellərin sayı ən yüksək olub.
İkinci yerdə Florensiya, üçüncü yerdə Mərrakeş, dördüncü pillədə Roma, beşinci yerdə Hindistanın Udaypur şəhəri, altıncı yerdə Edinburq (Şotlandiya), yeddinci yerdə London, səkkizinci yeridə isə San-Fransisko qərarlaşıb.
Reytinqin ilk onluğunu Paris, Vyana və Barselona tamamlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 25 Aprel 2026 07:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















