Icma.az
close
up
RU
Dünyanın ən sıx şəhərləri Bakıya şükür edəcəksiniz

Dünyanın ən sıx şəhərləri Bakıya şükür edəcəksiniz

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Urbanizasiya prosesi müasir dünyanın ən aktual problemlərindən biridir. Sivilizasiya inkişaf etdikcə, insanlar əyalətlərdən şəhərlərə köçür, şəhərətrafı ərazilər genişlənir, nəticədə meqapolislər meydana gəlir. Bu yazıda dünyanın ən sıx əhaliyə malik şəhərlərindən söz açacağıq. Əminəm ki, məqaləni oxuyandan sonra sıxlığından şikayətləndiyiniz Bakımıza şükür edəcəksiniz.

Tokio - 37,7 milyon

Dünyanın ən sıx şəhəri Yaponiyanın paytaxtı Tokiodur. Burada hər kvadrat kilometrə 4600 nəfər düşür. Ərazisinə və böyüklüyünə görə isə şəhər dünyada beş ən böyük şəhərlərdən biri sayılır.

Tokio 19-cu əsrdən etibarən sürətlə böyüməyə davam edir. Şəhər əhalisinin sayı qısa zamanda bir milyonu keçəndən sonra vətəndaşlar arasında sözün əsl mənasında torpaq uğrunda mübarizə başlamışdı. Böyük insan axınının qarşısında çıxış yolları axtaran hökumət nəhəng göydələnlər ucaltmağa, hətta ətrafda süni adalar yaratmağa başladı.

Cakarta - 33,8 milyon

Əhali sayına görə dünyanın ikinci ən böyük şəhəri İndoneziyanın paytaxtı Cakartadır. Cakartada hər kvadrat kilometrə 9500 nəfər düşür. Təbii ki, bu sıxlıq meqapolislərin tipik problemlərinə, əsasən də qarşısıalınmaz maşın tıxaclarının yaranmasına səbəb olur. Bir neçə il öncə dövlət Cakartada qeyri-adi bir qadağa tətbiq etmişdi, belə ki, sərnişin sayı 3 nəfərdən az olan avtomobillərin şəhər mərkəzinə gediş-gəlişinə icazə verilmirdi. İş yeri şəhərdə olan insanlar mərkəzə getmək üçün birləşib avtomobil kirayələyirdilər. Bu qanun tıxacların qarşısını qismən də olsa alırdı.

Hazırda İndoneziya hökuməti şərti olaraq, "Yeni Cakarta" adlandırılan və Borneo adasında yerləşən Nusantara adlı şəhər inşa edir. İndoneziyanın paytaxtının bura köçürülməsi də planlaşdırılır. Köçürülmə planı həm də Cakartanın əlverişsiz təbii şəraitinə görədir. Nə vaxtsa bataqlıqda salındığı üçün şəhərin yavaş-yavaş su altında qalacağı ehtimal edilir.

Dehli - 32,2 milyon

Hindistanın paytaxtı Dehlidə isə bir kvadrat kilometrə 13700 nəfər düşür. Dehli həm də dünyanın ən çirkli şəhərlərindən biri, bəlkə də birincisidir. Şəhər əhalisinin böyük əksəriyyəti işığın, su xəttinin və kanalizasiyanın mövcud olmadığı gecəqondularda yaşayır. Günlərlə davam edən çirkli, dumanlı hava şəraiti ucbatından Dehli və ətraf ərazilərdə kilometrlərlə ölçülən maşın tıxacları saatlarla uzana bilir.

Quançjou - 26,9 milyon

Çinin Quançjou şəhərində əhali sıxlığı bir kvadrat kilometr üçün 5900 nəfər təşkil edir. Bu şəhər həm də öz ətrafına iqtisadi, əmək, mədəni və məişət əlaqələri ilə bağlı çoxlu şəhər, eləcə də yaşayış məntəqələri toplayıb. Quançjou Çinin milli ticarət, mədəniyyət və iqtisadiyyat mərkəzi olmaqla yanaşı ölkənin cənub hissəsinin əsas şəhəridir. Şəhərin əsas iqtisadi məşğulluğunu burada yerləşən böyük yük limanı təmin edir.

Mumbay - 25 milyon

Dünyanın əhali sayına görə ən böyük şəhərlərindən söz açırıqsa, Hindistanın Mumbay şəhərini siyahıdan kənarda saxlamaq olmaz. Ən maraqlısı isə odur ki, Mumbayda hər kvadrat kilometrə düşən insan sayı Dehlidən iki dəfə çox – 25.600 nəfərdir. Həqiqətən ağlasığmazdır! Bəs, Mumbayın bu qədər izdihamlı olmasına səbəb nədir? Məsələ orasındadır ki, Hindistanın kino mərkəzi olan Bollivud burada yerləşir. İnsanlar bu şəhərə daha çox iş tapmaq ümidi ilə axın edirlər. Bundan başqa Mumbayda tez-tez fərqli formatda müxtəlif yürüşlər, dini bayramlar keçirilir. Bu da şəhərə çoxlu turistin gəlməsi deməkdir. Nə qədər ağrılı olsa da Mumbayı turistlər üçün maraqlı edən daha bir özəllik Dharavi gecəqondularıdır. Lakin Dharavi sakinlərinin böyük  hissəsi ağır yoxsulluq içində yaşayır və bəzən, özlərinə çörək belə ala bilmirlər.
Şanxay - 24 milyon

Çinin ən böyük şəhərlərindən olan Şanxayı Avstraliya qitəsi ilə müqayisə etmək olar. Avstraliyada cəmi 26 milyon insan yaşayır və əhali sıxlığı 4 nəfər/kv.km-dən çox deyil. Şanxayda isə kvadrat kilometrə  5.600 nəfər düşür. Şanxay həmçinin Çinin ən böyük maliyyə mərkəzidir. Quançjouda olduğu kimi burada da şəhərin əsas məşğulluğu nəhəng limanın hesabına ödənir. 

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, əhali sıxlığına baxmayaraq, Çin hökuməti bu sıxlığın və tıxacların öhdəsindən uğurla gəlir. Buradakı mürəkkəb metro sxemi həmişə turistlərin marağına səbəb olur.  Şəhərin metro xəttinin  ümumi uzunluğu 802 km-dir. Yeraltı nəqliyyat insanları istədiyi ünvana çox sürətlə çatdıra bilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri