34 illik tarix, sarsılmaz birlik və gələcəyə inam ŞƏRH
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Siyasi partiyalar dövlətlərin taleyində vacib rol oynayır, siyasi sabitliyə, inkişafa və idarəetməyə təsir göstərir. Partiyalar cəmiyyət və dövlət arasında əlaqə vasitəsi kimi çıxış edir, dialoqu, siyasi maarifləndirməni və vətəndaşların siyasi həyatda iştirakını təmin edir. Hakimiyyətə gəldikdən sonra isə partiyalar dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, eləcə də qanunların hazırlanmasında və qəbul edilməsində iştirak edirlər. Regionun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası da 34 il əvvəl Azərbaycan tarixinin son dərəcə ağır, ölkədə gedən proseslərin idarəolunmaz xarakter aldığı bir vaxtda yarandı. Partiya yaranarkən Azərbaycanda gərgin ictimai-siyasi vəziyyət mövcüd idi, qanunsuzluq, hərc-mərclik, demokratiya və insan hüquqlarının pozulması baş alıb gedirdi.
Belə bir şəraitdə 1992-ci ilin oktyabrında 91 nəfər ziyalı Heydər Əliyevə YAP-ın yaradılması və ona rəhbərlik etməsi ilə bağlı müraciət etdilər. Heydər Əliyev bu müraciətə öz razılığını bildirdikdən sonra 1992-ci ilin noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirildi. Təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, Siyasi Şura, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Azərbaycan tarixində öz üzərinə böyük məsuliyyət götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Yarandıqdan 7 ay sonra hakimiyyətə gəlməsi, YAP-ın tarixi bir zərurətdən yaranmasına ən gözəl sübut idi. Partiyanın başlıca məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, demokratik hüquqi dövlət, əmin amanlıq, ictimai həmrəylik, sosial yönümlü iqtisadiyyat yaratmaq və demokratik islahatlar uğrunda mübarizə aparmaqdan ibarət idi.
Zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə kimi ölkəmizin həyatında mühüm rol oynamış, xalqımızın taleyində silinməz izlər qoya bilmiş, möhtəşəm nailiyyətlər əldə etmişdir. 34 il ərzində Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir. Azərbaycan günü-gündən yüksəlir, inkişaf edir. Müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, varislik, konstruktiv əməkdaşlıq, sosial ədalət prinsiplərini öz ideologiyasının təməli hesab edən, 34 il ərzində sıralarında on minlərlə insanı birləşdirən YAP bu gün cəmiyyətin bütöv və bölünməz siyasi qüvvəsini təşkil edir. Bu gün Yeni Azərbaycan Partiyasının həyatında ən güclü, ən böyük intelektual səviyyəyə malik insanlar toplaşmışlar. Bu YAP-ın nüfuzunu göstərən fundamental amillərdən biridir.
Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zəruriliyi, 34 ilə ərzində keçdiyi yolu və müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi həyatındakı yeri və rolu, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların uğurları, ideoloji təbliğatı və hərbi vətənpərvərlik sahəsində qarşıda duran vəzifələri, beynalxalq əlaqələri və xarici siyasəti haqqında toplanan məlumatlar bir yazıya əlbətdə ki, sığmaz.
Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də yaşaması üçün sağlam təməllər üzərində qurulan və milli maraqlara xidmət edən Yeni Azərbaycan Partiyasının üzərinə çox böyük vəzifə düşür. Bu gün partiyamızın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu vəzifəni şərəflə yerinə yetirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi sayəsində YAP Azərbaycanın siyasət meydanında ən güclü təşkilat kimi çıxış edir.
Bu gün fəxrlə demək olar ki, Yeni Azərbaycan Partiyası XXI əsrin partiyasıdır, III minilliyin partiyasıdır. Azərbaycançılıq ideyası ətrafında sıx birləşən xalqımız YAP-ın “Biz birlikdə güclüyük” şüarı altında möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir. YAP zamanın bütün sınaqlarından uğurla çıxmış, xalqımızın və vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanmışdır. Partiya bundan sonra da özünün bütün potensialını müasir və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edəcəkdir.
Rahim Muradov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı
Baxış sayı:64
Bu xəbər 20 Noyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















