Icma.az
close
up
RU
Dünyanın ən uzun tuneli: İki ölkəni birləşdirəcək FOTOLAR

Dünyanın ən uzun tuneli: İki ölkəni birləşdirəcək FOTOLAR

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

64 kilometr uzunluğunda olacaq Brenner Baza Tuneli tamamlandıqdan sonra dünyanın ən uzun dəmir yolu tuneli adını qazanacaq.

Moderator.az xəbər verir ki, Avstriya ilə İtaliya sərhədində yerləşən birinci əsas qalereyanın qazılmasından sonra layihə həlledici mərhələyə qədəm qoyub.

19 illik gərgin işdən sonra Avropanın ən iddialı infrastruktur layihələrindən biri qazıntı işlərinin son mərhələsinə keçir. "Antena 3 CNN" telekanalının məlumatına görə, bu nəhəng tunel Alp vadilərində ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkət intensivliyini, səs-küyü və havanın çirklənməsini azaltmaq üçün ən optimal həll yolu kimi nəzərdən keçirilir.

Brenner tuneli Alp dağlarını iki dövlətin sərhədi altından keçərək Avstriya və İtaliyanı birbaşa birləşdirəcək. Bir neçə həftədən sonra hər iki ölkənin mədənçilərinin dağın altında görüşəcəyi gözlənilir ki, bu da ümumi dəyəri 10 milyard avrodan çox olan bu nəhəng layihə üçün simvolik bir an olacaq.

Buna baxmayaraq, tikinti başa çatmağa yaxınlaşdıqca mühüm bir sual aktuallığını qoruyur. Bu meqatunel yük daşımalarını avtomobil yollarından dəmir yollarına əhəmiyyətli dərəcədə yönəldə biləcəkmi, yoxsa İsveçrənin Qottard tuneli kimi oxşar Alp layihələrinin qismən məhdud nəticələrini təkrarlayacaq?

Qottard tunelinin təcrübəsi göstərir ki, bu cür layihələrin də real imkan daxilində müəyyən sərhədləri var. Həmin tunel Alplardan keçən daşımaların sistemləşdirilməsinə və dəmir yolu nəqliyyatının payının artmasına kömək etsə də, avtomobil trafiki tamamilə yoxa çıxmadı və yüklərin kütləvi şəkildə relslərə keçirilməsi ilə bağlı siyasi hədəflərə tam nail olunmadı.

Bundan əlavə, bu investisiyanın səmərəliliyi qonşu ölkələrin infrastrukturu və nəqliyyat siyasəti, həmçinin daşıyıcıların loqistik və iqtisadi xərcləri kimi xarici amillərdən də çox asılıdır.

Nəhəng Brenner tunelinin yalnız 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılır. O vaxta qədər isə hələ relslər döşənməli, kontakt şəbəkəsi qurulmalı və dəmir yolu təhlükəsizlik sistemləri quraşdırılmalıdır.

Tunel Alp dağlarının əsas silsiləsini dik eniş-yoxuşlar olmadan qət edəcək, məhz bu səbəbdən o, "baza tuneli" adlandırılır.

Artıq qatarların köhnə və dik dağ marşrutu ilə qalxıb-enməsinə ehtiyac qalmayacaq. Onlar daha sürətlə hərəkət edəcəklər: sərnişin qatarları dağ aşırımından keçərkən əvvəlki 60–80 km/saat sürət əvəzinə, tunelin daxili ilə təxminən 200 km/saat sürətlə şütüyəcək və bu da təxminən bir saat vaxta qənaət deməkdir.

Yük qatarlarının da hərəkəti sürətlənəcək, lakin ən əsası – daha çox vaqon və daha ağır yükləri çəkmək üçün onlara cəmi bir lokomotiv kifayət edəcək. Beləliklə, dəmir yolu ilə yük daşımaları həm daha ucuz, həm daha təhlükəsiz, həm də daha tutumlu olacaq.

2023-cü ilin məlumatlarına görə, Brenner Baza Tunelinin dəyəri 10,5 milyard avro qiymətləndirilirdi ki, bunun da 2,3 milyard avrosunu Avropa İttifaqı (Aİ) ayırmağı öhdəsinə götürüb. Çünki layihə ümumavropa əhəmiyyəti daşıyır.

Lakin tikinti sektorunda qiymətlərin artması və podratçı konsosiumla yaranan mübahisələr səbəbindən Avstriyada qazıntı işlərinin təxminən bir il müddətinə dayanması fonunda bu büdcə daxilində qalmağın mümkün olub-olmayacağı qeyri-müəyyəndir. Həmçinin işlərin tamamlanma müddətinin (2032-ci il) daha bir və ya iki il gecikə biləcəyi ehtimal olunur. Yenilənmiş qrafikin bu il təqdim ediləcəyi gözlənilir.

Hazırda cəmi 27% təşkil edən dəmir yolu yük daşımalarının payı tunel sayəsində 2040-cı ilə qədər 50%-ə çatmalıdır. Həmin vaxta qədər dəmir yolu ilə daşınan yüklərin həcmi üç dəfə artmalıdır.

Əsas məqsəd dar Alp vadilərini zərərli qaz tullantılarından və xüsusilə ağır yük maşınlarının yaratdığı güclü səs-küydən xilas etməkdir. Bu səbəbdən tunel daha çox yük daşımaları üçün nəzərdə tutulub ki, buna olan tələbat da gündən-günə artır.

Brenner aşırımından keçən avtomobil axını uzun illərdir ki, davamlı olaraq artır. Hazırda bu aşırımı hər il təxminən 2,4 milyon yük maşını keçir ki, bu da 2010-cu illə müqayisədə dörddə bir, 2000-ci illə müqayisədə isə 50% çoxdur.

Bura bütün Alp aşırımları arasında ən çox istifadə olunanıdır, çünki ən az hündürlük fərqinə malikdir və qaydalarla daha az tənzimlənir. İsveçrədən fərqli olaraq, Avstriya Aİ üzvü olduğundan burada keçid prosedurları daha asandır. Tunel sayəsində 2040-cı ilə qədər yük maşınlarının axınının artmasının qarşısının alınacağı gözlənilir. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 İyun 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri