Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Dünyanın gözlədiyi danışıq baş tutmadı: Müharibəyə davam?

Dünyanın gözlədiyi danışıq baş tutmadı: Müharibəyə davam?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pakistanın paytaxtı İslamabad şəhərində bu gün keçirilməsi planlaşdırılan ABŞ-İran görüşü baş tutmayıb. 

Belə ki, İran nümayəndə heyətinin səfərdən imtina etməsi danışıqlar prosesinin təxirə düşməsinə səbəb olub. 

İran tərəfi qərarını İsrail ordusunun Livan ərazisində hərbi əməliyyatları davam etdirməsi ilə əsaslandırıb. Rəsmi Tehran Vaşinqton qarşısında Livandakı hücumların dayandırılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini tələb edib və bu şərt təmin olunmadan danışıqlara qatılmayacağını bəyan edib.
Beləliklə, İranın irəli sürdüyü ilkin şərt prosesin ləngiməsinə səbəb olub. 

Bəs tərəflər, xüsusilə İsrail bu şərtlə razılaşacaqmı?

“Cebheinfo.az”-a danışan politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, Yaxın Şərqdə baş verən son proseslər, xüsusilə İsrail-İran qarşıdurması və bölgədə artan gərginlik atəşkəsin davamlılığına ciddi risklər yaradır.

Onun sözlərinə görə, İsrail həm özünün, həm də ABŞ-nin İrana qarşı müharibəsinin davam etməsində maraqlıdır:

“Atəşkəs barədə razılıq əldə olunanda artıq məlum idi ki, İsrail bu razılaşmanı pozmaq istəyir. İsrail çalışır ki, həm özünün və həm də ABŞ-nin İrana qarşı müharibəsi davam eləsin. Çünki özü tək İranla bacara bilmir. Ona görə də bütün imkanlardan istifadə edərək atəşkəs və danışıqların başlanması barədə razılaşmanı pozacağı gözlənilən idi. 

İsrailin Livanla olan hücumlarının davam etməsi də bununla əlaqədardır. Lakin ABŞ-nin hər hansı bir formada müharibədən çıxmaq istəyi hiss olunurdu. Tramp müharibənin 40 günü ərzində ABŞ-nin bütün məqsədlərinə nail olduğunu dəfələrlə bildirib”.

Politoloq qeyd edib ki, ABŞ İsrailə qarşı daha qəti mövqe sərgiləməlidir:

“Hesab edirəm ki, ABŞ Livana hücumların dayandırılması barədə qəti mövqeyini İsrailə bildirməlidir. Yalnız hücumların dayandırılması barədə ABŞ-nin qəti mövqeyi  İsraili dayandıra bilər. 

Təəssüf ki atəşkəs və İranla danışıqların başlaması barədə razılaşmadan sonra Tramp İsrailin Livana hücumları ilə əlaqədar məsələnin də tezliklə həll olunacağını vəd etsə də, bu barədə qətiyyətli mövqe bildirməyib”.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Hörmüz gərginliyi fonunda Trampın İranla danışıqlara gedəcəyi ehtimal olunur:

“Hesab edirəm ki, müharibənin davam etməsi və Hürmüz boğazı ətrafında yaranan təhlükəli vəziyyət bir tərəfdən ABŞ-nin özünün iqtisadiyyatına, digər tərəfdən isə dünyanın enerji təchizatına əhəmiyyətli təsir göstərir. 

Məhz bu amillər fonunda Tramp İsrailin hücumlarının dayandırılması barədə qətiyyətli mövqeyini ortaya qoyacaq və İranla danışıqlar başlayacaq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: danışıq Qulamhüseyn Əlibəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri