Icma.az
close
up
RU
DÜNYANIN GÖZÜ ALYASKADA: SÜLH OLACAQMI? Əksəriyyət Putinin Trampı “sığallayacağını” gözləyir...

DÜNYANIN GÖZÜ ALYASKADA: SÜLH OLACAQMI? Əksəriyyət Putinin Trampı “sığallayacağını” gözləyir...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün bütün dünyanın diqqəti buna qədər adı dünya mediasında olduqca nadir hallarda çəkilən Alyaskadadır. Burada Putinlə Tramp arasında keçiriləcək görüş, həmin görüş ərəfəsində Sergey Lavrovun üzərində “SSSR” yazılan “mayka”da görünməsinə baxmayaraq, qətiyyən keçmiş SSRİ ilə ABŞ liderləri arasında baş tutmuş görüşlərlə müqayisə oluna bilməz. Çünki ABŞ həmin ABŞ olsa da, Rusiya qətiyyən SSRİ deyil...

Bu görüş daha çox Ukraynadakı savaşı bitirmək və Trampın Nobel mükafatı arzusunu nə yolla olursa-olsun gerçəkləşdirmək xatirinə ABŞ-nin oturduğu ən yüksək nöqtədən müvəqqəti olaraq bir neçə pillə düşməsinə, Rusiyanın isə yenə müvəqqəti olaraq “qulağından çəkilib” bir neçə pillə yuxarı, əslində layiq olmadığı pilləyə qədər qaldırılmasına bənzəyir. Tərəflərin görüşəcəyi pillənin adı isə Alyaskadır...

Bəs bu görüşə dair gözləntilər özünü doğruldacaqmı?

Qərb mediasında Alyaska sammiti ilə bağlı müxtəlif proqnozlar və “etibarlı mənbələrə” əsaslanan xəbərlər dərc edilir. Onların hər birində “ana xətt” olaraq yenə Vladimir Putinin Trampa “kələk gəlmək” və vaxt udmaq planı keçir.

Məsələn, “Reuters” yazır ki, artıq Alyaska görüşündən öncə tərəflər arasında hansısa razılaşmalar əldə edilib. Agentlik qeyd edir ki, ABŞ Prezidentinin Ukraynada atəşkəslə bağlı ümidlərinin konkret nədən ibarət olduğu və nəyə söykəndiyi bəlli deyil. Lakin Putin artıq görüşdən əvvəl Ukrayna mövzusundakı mümkün uğursuzluğu “malalamaq” üçün hər iki liderin simasını xilas etməyə kömək edə biləcək nüvə razılaşması təklifini irəli sürüb.

Kremlə yaxın mənbə “Reuters”-ə deyib ki, hər iki tərəf əvvəlcədən müəyyən məsələlərdə “ortaq dil” tapıb: "Görünür, cümə günü bəzi şərtlər razılaşdırılacaq, çünki Trampa imtina etmək olmaz və biz də (sanksiya təzyiqinə görə) imtina edə bilmərik".

“Reuters”-in məlumatına görə, Putin tam atəşkəs üçün sərt şərtlər qoyub. Lakin bir kompromis variantı var ki, bu da raket və PUA hücumlarından ibarət olan qarşılıqlı hava müharibəsinə mərhələli şəkildə son qoyulması ola bilər. Yeri gəlmişkən qeyd edək ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak daha öncə rəsmi Kiyevin “hava atəşkəsi”nin əleyhinə olmadığını bəyan etmişdi. Bu, o deməkdir ki, Alyaskada Ukrayna mövzusu ilə bağlı ən azından “hava atəşkəsi”lə bağlı ilkin razılaşma əldə edilməsi perspektivini istisna etmək olmaz.

Eyni zamanda, analitiklər deyirlər ki, Putin Trampa onun istədiyini verirmiş kimi görüntü yaratmağa, bununla yanaşı, Ukraynada istədiyi vaxt eskalasiyanı yüksəltmək imkanlarını özündə saxlamağa çalışacaq.

“Əgər onlar (ruslar) bir növ atəşkəsi təmin edən, lakin eskalasiyaya nəzarəti Rusiyanın ixtiyarına buraxan və onlar üçün Ukrayna üzərində quruda və ya hava məkanında heç bir real maneə yaratmayan bir razılaşma əldə edə bilsələr... bu, Putinin nöqteyi-nəzərindən əla nəticə olardı”. Bunu tanınmış ekspert, Avropa Siyasətinin Analizi Mərkəzinin Demokratik Dayanıqlıq üzrə direktoru Sem Qrin bildirib.

“Sky News” da hesab edir ki, Putin Alyaskada Donald Trampla görüşəndə özünü ABŞ liderinə güzəştə gedirmiş kimi göstərməli olacaq. Çünki o, Tramp üçün sifətinin saxlanmasının vacibliyini dərk edir. “Sky News”-un şərhçisi Ivor Bennettin yazdığı kimi, Putin nə istədiyini və buna necə nail olacağını bilən birisidir: "O, bütün detallardan, tarixdən və hüquqi arqumentlərdən xəbərdar olduğu halda, rəqibinin o qədər də məlumatlı olmadığını bilir. Onun strategiyası bundan istifadə etmək olacaq".

Analitikin fikrincə, Putinin son məqsədi sülh üçün tələsən Trampı buna aparan ən sürətli yolun Rusiyanın şərtlərinin əksəriyyəti ilə razılaşmaq olduğuna inandırmaqdır. Buna nail olmaq üçün Putin sammitdə güzəştlər görüntüsü yaratmalı və Trampa nəsə təklif etməli olacaq: "Bu, Trampın bir daha gündəmə gətirdiyi Volodimir Zelenski ilə üçtərəfli görüş vədi ola bilər. Amma bunun qeyri-müəyyən, yayğın bir vəd olacağından şübhələnirəm. Nəticədə Ağ Ev irəliləyiş olduğunu iddia edə, lakin reallıqda buna nail olunmaya bilər”.

Hesab olunur ki, Putin bu görüşdə Trampın münaqişənin tez bir zamanda həlli və buna görə uğuru öz adına yazmaq istəyi üzərində oynamağa çalışacaq. Buna görə də Putin görüşdən əvvəl Trampı “sığallayaraq”, onun sülhə nail olmaq üçün “enerjili və səmimi” səylərini yüksək qiymətləndirib.

Şərhdə həmçinin qeyd olunur ki, Putin Trampın biznesmen mahiyyətini nəzərə alaraq, onu müxtəlif layihələrlə şirnikləndirməyə çalışacaq: “Bu, nadir torpaq metalları ilə bağlı sövdələşmələr və Arktikada birgə layihələr kimi şeyləri əhatə edə bilər. Buna görə də Rusiya nümayəndə heyətinə Maliyyə naziri Anton Siluanov və Kremlin investisiyalar üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxildir".

Bundan əlavə, nümayəndə heyətində Müdafiə naziri Andrey Belousovun olması Putinin nüvə silahlarına nəzarət sazişi bağlamaqda ciddi olduğunu göstərə bilər. Belə bir razılaşma, demək olar ki, Amerika Prezidentinin arzuladığı nəticə olardı.

Bir sözlə, Putinin Ukrayna məsələsində istədiyi nəticələri əldə etmək üçün digər müxtəlif “meydançalarda oynamağa” və Trampn qarşısında güzəştə getməyə hazır olduğunu göstərməyə çalışacağı gözlənilir. Əksər Qərb KİV-lərinin də yazdığı kimi, nəticəsindən asılı olmayaraq, Alyaskadakı görüşün özü artıq Putin üçün qələbədir, çünki bu onu diplomatik böhrandan çıxarır və ona Trampa şəxsən təsir etmək, onu hansısa şərtlərə razı salmaq imkanı verir.

Bu arada ABŞ-nin Maliyyə naziri Skot Bessent Alyaska görüşü ilə bağlı narahatlığını ifadə edən və ABŞ-ni Rusiyaya qarşı sanksiyalara çağıran Avropa liderlərinə “ağızlarını yummağı” və susmağı təklif edib: "Demək istəyirəm ki, avropalı tərəfdaşların ya nəsə etmək, ya da susmaq vaxtıdır. Onlar yenə deyirlər ki, ABŞ bunu etməlidir, onu etməlidir..." Bessent deyib ki, Donald Tramp Ukraynadakı münaqişənin həlli məsələsində öz strategiyasına uyğun hərəkət edir və Putinlə Alyaska görüşü danışıqların növbəti raundularının təşkilinə xidmət edəcək.

Əlbəttə ki, Avropa liderlərilə bu danışıq tonu, eləcə də Ukraynanın və Avropanın Kremllə danışıqlardan kənarda saxlanması o qədər də ürəkaçan mənzərə yaratmır. Nəticədə Trampın “küyə getməyə” və tez-tez mövqeyini, hətta sifətini dəyişməyə meylli olduğunu nəzərə alsaq, Putinlə hansısa razılaşma əldə edəndən sonra ABŞ-nin indiki Prezidentinin Volodimir Zelenskiyə Ağ Evin Oval Kabinetindəki məşhur görüşdəki sifətini təkrar göstərəcəyini qətiyyən istisna etmək olmaz...

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri