Icma.az
close
up
RU
Dünyanın gözü Azərbaycanda: İqtisadisiyasi önəm

Dünyanın gözü Azərbaycanda: İqtisadisiyasi önəm

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan iqtisadiyyatının inkişaf potensialı çox böyükdür.

Ölkəmiz hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu iqtisadi potensiala görə dünyanın diqqətində olub. Bunun nəticəsidir ki, Azərbaycan bir çox dünya ölkələri ilə iqtisadi əməkdaşlıq edir, hətta dünya əhəmiyyətli layihələrin iştirakçısıdır. 

Bu gün yalnız neft, qaz məhsulları ilə bağlı deyil, artıq "yaşıl enerji" ilə bağlı bir sıra dünya ölkələri Azərbaycanla əməkdaşlıq istiqamətində müqavilələr bağlayır. 

İqtisadi təhlilçi Eyyub Kərimli "Cebheinfo.az"a bildirib ki, Azərbaycan dünya üçün yalnız bu gün yox, elə tarixən təbii resursları, müəyyən ixrac məhsulları ilə əhəmiyyətli bir ölkə olub:

"Digər tərəfdən ölkəmiz dünya ilə şaxələndirilmiş ixrac imkanlarına malikdir və 150-yə yaxın ölkə ilə idxal-ixrac əməliyyatları həyata keçirir. 

Bu gün ölkəmiz Avropa üçün əhəmiyyətli və sabit, təhlükəsiz bir tərəfdaşdır. Əsasən qaz ixracı ilə bağlı, 10-a yaxın Avropa ölkəsi Azərbaycandan təbii qaz alır.

Növbəti illərdə Rumıniya, Bolqarıstan kimi ölkələr bizdən "yaşıl enerji" idxal edəcəklər. Digər tərəfdən ölkəmiz həm neft məhsullarını, həm də bəzi kənd təsərrüfatı məhsullarını dünya ölkələrinə ixrac edir.  

Bu baxımdan, ölkəmizin unikal coğrafi mövqeyi, onun Şərq-Qərb, Şimal-Cənub istiqamətləri üzrə nəqliyyat dəhlizləri üzrə əlverişli mövqeyi ölkəmizin bu istiqamətdə hətəkət edən nəqliyyat, logistika xətlərində çox mühüm rolunu göstərir. 

Beləliklə, Azərbaycan yalnız region üçün deyil, dünya ölkələri, Avropa və Asiya istiqamətində əhəmiyyətli rolunu vurğulaya bilərik".

Onun sözlərinə görə, bu gün ölkəmiz həm də region üçün əhəmiyyətli həm siyasi, həm də iqtisadi subyektdir:

"Qafqazın aparıcı dövləti olaraq Azərbaycanın regionda yerləşən Gürcüstan, qonşu Türkiyə, İran və Rusiya ilə əhəmiyyətli iqtisadi əlaqələri var. Azərbaycan məhz bu ölkələrin logistika və nəqliyyat qovşaqlarını təşkil edir.

Bu baxımdan, ölkənin artan nəqliyyat imkanları Azərbaycanın gələcək həm iqtisadi inkişafını, həm də iqtisadi əlaqələrini daha da genişləndirir. Bu gün Çindən Avropaya uzanan Orta Dəhlizin Cənub marşrutu Azərbaycanın iqtisadi imkanlarını artırır, əlavə iqtisadi fürsətlər verir. Digər tərəfdən bu ölkələrlə Azərbaycanın iqtisadi əlaqələri daha da sıxlaşır.

Eyni zamanda, yalnız Avropa deyil, ölkəmiz Türk Dövlətləri Təşkilatının böyük bir hissəsidir. Bu baxımdan, ölkəmizin türk dövlətləri iqtisadiyyatında böyük qatqısı, iqtisadi əlaqələri var. Hazırda biz həm də Mərkəzi Asiya dövlətləri ilə ciddi iqtisadi əlaqələr yaradırıq.

Ölkəmiz onların da iqtisadi inkişafına bir təkan verir. Bu gün Azərbaycanın 80-ə yaxın ölkədə investisiyaları var, müştərək şirkətləri fəaliyyət göstərir. Bu da ölkəmizin artıq dünya miqyasında tanınan iqtisadi subyekt kimi nüfuzunun artmasına bariz nümunədir". 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri