Deputat: Azərbaycanın D8 təşkilatına qəbul edilməsinin iqtisadisiyasi əhəmiyyəti var
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycan diplomatiyası, Prezident İlham Əliyevin xarici siyasəti daha bir uğurlu sənədə imza atdı. Ölkəmiz səkkiz müsəlman ölkəsini birləşdirən D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edildi".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Mübariz Qurbanlı deyib.
O bildirib ki, bu, Azərbaycanın xarici siyasətdə müstəqil aktor olduğunu bir daha təsdiq edir:
"Azərbaycanın D8 təşkilatına qəbul edilməsinin iqtisadi-siyasi əhəmiyyəti var. Bu təşkilat böyük bir ərazini birləşdirən və iqtisadi potensialı günbəgün artıran ölkələrdən ibarətdir. Burada Pakistan və Türkiyə kimi Azərbaycanın müttəfiqləri təmsil olunur. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşdirici rol oynaması fonunda bu təşkilata üzv olması ölkəmizin uğurlarını, eləcə də təşkilatın imkanlarını daha da artıracaq".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















