Icma.az
close
up
RU
Dünyanın hər yerində olan küçə ticarəti ölkəmizdə niyə nəzarətsiz qalıb? EKSPERTLƏRDƏN AÇIQLAMA FOTO

Dünyanın hər yerində olan küçə ticarəti ölkəmizdə niyə nəzarətsiz qalıb? EKSPERTLƏRDƏN AÇIQLAMA FOTO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər küçə ticarətinin artması şəhərin ümumi görünüşündə ciddi səliqəsizlik və nizamsızlıq yaradıb. Küçə ticarəti nəinki vizual baxımdan şəhər estetikasına zərbə vurur. Üstəlik, sanitariya və təhlükəsizlik baxımından bir sıra suallar doğurur. Bu sahədə mütəxəssislər vəziyyətin nəzarətsiz olduğunu və konkret cavabdeh qurumun belə müəyyən edilmədiyini bildirirlər.

Sosioloq Lalə Mehralı Avtosfer.az-a verdiyi açıqlamada bildirib ki, küçə ticarətində xaotik bir vəziyyət müşahidə olunur:

“Məsələ burasındadır ki, bu sahədə tam bir xaos hökm sürür. Nəzarəti kim etməlidir, keyfiyyətə kim cavabdehdir, təhlükəsizlik kimin nəzarətindədir, hamısı sual altındadır. Çünki bir hadisə baş verəndə bütün qurumlar məsuliyyəti boynundan atır. Normalda bu ticarət növünə bələdiyyələr nəzarət etməlidir. Bir çox ölkədə bu sistem belə tənzimlənir – icazə bələdiyyədən alınır, keyfiyyət və təhlükəsizlik məsələlərinə də bələdiyyə cavabdeh olur. Amma bizdə bələdiyyələrin adı var, fəaliyyəti isə yoxdur”.

Sosioloq əlavə edib ki, saxlanma şəraiti xüsusi temperatur tələb edən qidaların günün istisində açıq havada satılması həm satıcı, həm də alıcı üçün ciddi təhlükə yaradır:
“Meyvə-tərəvəz satan küçə ticarətçisinin ət və süd məhsulları satması düzgün deyil. Əgər uyğun soyuducu təminatı yoxdursa, bu, insan sağlamlığı üçün təhlükəlidir. Küçə ticarəti düzgün təşkil olunsa, həm alıcı, həm də satıcı üçün faydalı olar. Dünyanın bir çox ölkəsində bu sistem elə qurulub ki, nəzarət və satış arasında maneə yaranmır”.


Memar Cahid Həsənovun fikrincə, küçə ticarətinin memarlıq və şəhərsalma baxımından da ciddi fəsadlara səbəb olur və bunu aradan qaldırmaq uzun illər çəkir:
“Bir vaxtlar küçə ticarətinin geniş yayılmasının əsas səbəbi insanların işlə təmin olunması idi. Amma bu gün artıq həmin sahədə yaranmış səliqəsizlik, tullantılar və antibakterial təhlükə şəhərin vizual görünüşünü tamamilə pozur. Yeşiklərə yığılmış ərzaqlar, yol kənarına atılmış sellofanlar şəhər mədəniyyətinə yaraşmayan mənzərə yaradır”.

Həsənov bildirir ki, bəzi kafe və obyektlər qarşısında quraşdırılmış çətirli, şüşəli və daha səliqəli satış yerləri yaxşı nümunə sayıla bilər:

“Küçə ticarəti əsasən meyvə-tərəvəz üzərində qurulub. Amma bu ticarətin müəyyən konstruksiyalar çərçivəsində təşkili, təmizliyin və estetik tələblərin qorunması vacibdir. Əks halda bu, həm sanitar, həm də memarlıq baxımından ciddi problem yaradır.”

Küçə ticarətinin şəhər mədəniyyətinə və sağlamlıq mühitinə vurduğu ziyan göz önündədir. Mütəxəssislər qeyd edir ki, bu sahənin tamamilə nəzarətə götürülməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi, bələdiyyələrin səlahiyyət və məsuliyyətinin artırılması zəruridir. Əks halda, küçə ticarəti təkcə alver vasitəsi deyil, eyni zamanda şəhər üçün sosial, sanitariya və estetik problem olaraq qalacaq.

Qeyd edək ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə küçə ticarəti mövcuddur. Lakin bu ölkələrdəki müəyyən qanunvericilik bütün təhlükəsizlik və ticarət məsələlərini tənzimləyə bilir. Ölkəmizdə isə hələ də bu istiqamətdə boşluqlar olduğu üçün bu gün küçə ticarəti fəaliyyət göstərilən məkanlarda natəmizlik baş alıb gedir.
Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri