Icma.az
close
up
RU
Cəmiyyətə şəxsiyyət yetişdirməli olan təhsil sistemimizdə problem var? EKSPERTLƏRDƏN AÇIQLAMA FOTO

Cəmiyyətə şəxsiyyət yetişdirməli olan təhsil sistemimizdə problem var? EKSPERTLƏRDƏN AÇIQLAMA FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Təhsil hər bir cəmiyyətin inkişafında əsas rol oynayır. Lakin təhsil sistemindəki boşluqlar, keyfiyyətsiz dərslər, müəllim çatışmazlığı, infrastruktur problemləri və regionlar üzrə qeyri-bərabərlik cəmiyyətin sosial və iqtisadi inkişafını ləngidir.

Bu çatışmazlıqlar nəticəsində gənclər keyfiyyətli bilik əldə edə bilmir, işsizlik artır, savadsızlıq yayılır və ölkənin ümumi potensialı zəifləyir. Təhsilin zəif olması həmçinin beyin axınına, cinayət hallarının artmasına və vətəndaşların dövlətə inamının azalmasına səbəb olur.

Bəs təhsildəki bu boşluqların cəmiyyətə real təsiri nə qədər dərindir və bu problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nurizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, cəmiyyətin inkişafına təsir edən və bəlkə də onun qarşısını alan əsas amillərdən biri təhsildəki boşluqlardır:

“Bu gün təhsildəki boşluq, sabahın, gələcəyin bütün sahələrindəki problemlərin aynasıdır. Təhsil bir aqreqatordur, eyni zamanda cəmiyyəti qidalandıran funksiyanı daşıyır. Təhsil ilk növbədə fərdi şəxsiyyətə çevirir və onu cəmiyyətə faydalı, məqsədyönlü və formalaşmış bir vətəndaş kimi təqdim edir.

Məktəblərimizin əsas vəzifəsi də məhz budur. Amma məktəb bu funksiyanı yerinə yetirə bilməyəndə, bu, cəmiyyətin ümumi inkişafına ciddi maneə yaradır. Dünən bu fikirlərlə səsləşən maraqlı bir vəziyyətə rast gəldim. Təəssüf ki, bu gün əksər məktəblərdə şagirdin üzərində qurulan iş mexanizmi məhz bu uğursuzluğun təzahürüdür. Biz şagirdi cəmiyyətə buraxırıq, lakin onun hansı sahədə, hansı yöndə boşluğu olduğunu yalnız sonradan dərk edirik. O zaman isə artıq gec olur.

Daha sonra bu proses ali təhsil pilləsində davam edir. Orada konkret ixtisaslar üzrə formalaşma baş verir. Amma unutmayaq ki, təhsil elə bir sahədir ki, bu, bütün sahələrin başlanğıc və inkişaf nöqtəsidir. Təkcə tibb, mühəndislik və ya digər konkret peşələr üzərində qurulmur. Təhsil bütün sahələrdə var və hər bir sahəyə yön verən əsas dayaqlardan biridir”.


Ekspert əlavə edib ki, təhsil konkret bir çərçivəyə sığmasa da bütün sahələrə təsir edir:

“Hər bir peşənin, həyat sahəsinin təhsillə bağlı xüsusi qolu var. Bu qol həmin sahəni ayaqda saxlayır, inkişaf etdirir və zamanla onun istiqamətini dəyişdirə bilir. Bu təhsil qolu olmadıqda isə həmin sahə zəifləyir, funksiyasını itirir və sonda yox kimi görünür”.

Sosioloq Lalə Mehralının fikrincə, bu gün cəmiyyətin təşəkkülündə müəyyən dərəcədə rolu olan fərdlərin hər biri nə zamansa o təhsil sisteminin yetirməsi olub:


“Yəni, 50 il əvvəl də belə olub, 100 il əvvəl də belə olub, və indi də belədir. Həmin dövrdə verilən təhsil, təlim, tərbiyə o cəmiyyətin təşəkkülündə böyük rol oynayıb.
Biz cəmiyyətdə bir problem görəndə, hər hansı bir insanın nadanlığını, çatışmazlığını müşahidə edəndə, hər hansı bir müəssisədəki problemləri aşkarlayanda dərhal hamımızda elə bir fikir formalaşır ki, zamanında düzgün təhsil verilməyib, düzgün təlim, tərbiyə aparılmayıb. Çünki bizi şəxsiyyət olaraq formalaşdıran əsas amil zamanında aldığımız təhsildir. Doğrudur, bizi valideynlərimiz dünyaya gətirir və ilkin tərbiyəni də onlar verir. Amma təlim, təhsil və tərbiyə kompleksləşəndə, biz artıq bu funksiyanı təhsil sistemindən gözləyirik. Təhsil sistemi həmin mexanizmi doğru həyata keçirməli və cəmiyyətin bütün çatışmazlıqlarının öhdəsindən gəlməlidir. Əslində, hamının təhsildən gözləntisi də budur. O təlimi, tərbiyəsi, mexanizmi, kadrları və tətbiq etdiyi proqramları ilə qüsursuz bir cəmiyyətin təməlini qoymaq.

Ona görə də hər hansı bir boşluq aşkarlayanda, istər-istəməz zehniyyətimizdə belə bir fikir formalaşır. Bunun səbəbi təhsil sistemindəki boşluqlardır. Bu gün niyə təhsilin üzərinə bu qədər gedirik, niyə bu qədər çatışmazlıqlarından yazırıq? Bunun səbəbi cəmiyyətdə addım-addım müşahidə etdiyimiz, hər yerdə rastlaşdığımız neqativ hallardır. Bu neqativləri yaradan insanların isə zamanında doğru təlim, təhsil və tərbiyə almadıqlarını düşünürük”.

Sosioloq əlavə olaraq qeyd edib ki, əgər biz cəmiyyətdəki çatışmazlıqlara görə, bizi təməldən insan olaraq formalaşdıran təhsili məsul tuturuqsa, bu, bizdə öz-özünə yaranmış fikir deyil:

“Bu düşüncə bütün cəmiyyətlərdə eyni şəkildə formalaşıb. Çünki biz doğulduqdan sonra evdən kənarda ilk getdiyimiz yer təlim-tərbiyə ocaqları olan bağçalardır. Daha sonra məktəblərə, oradan isə ali təhsil müəssisələrinə yollanırıq. Bu nə deməkdir? Biz üçpilləli təlim-tərbiyə və təhsil prosesindən keçirik və bütün bu mərhələlərdən sonra hələ də şəxsiyyət olaraq formalaşa bilməmişiksə, bu zaman təbii olaraq təhsil sistemindəki boşluqlarla bağlı suallar yaranır.

Odur ki, daha savadlı bir cəmiyyət yetişdirmək üçün təlimini və tərbiyəsini axsatdığımız bir cəmiyyətin fərqində olmalıyıq. Elə balansı qorumaq lazımdır ki, cəmiyyət həm təhsilli, həm tərbiyəli, həm də təlimli olsun. Bəli, biz savadlı insanlar yetişdiririk, amma bu yolda onların təlimini və tərbiyəsini də qurban veririk”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri