Icma.az
close
up
RU
Uzun müddət oturmaq beyni daraldır Ekspertlərdən AÇIQLAMA

Uzun müddət oturmaq beyni daraldır Ekspertlərdən AÇIQLAMA

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Uzun müddət oturmaq təkcə fiziki sağlamlığa deyil, beyin quruluşuna da mənfi təsir göstərir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-də aparılan araşdırmada bildirilib.

Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Universitetinin alimləri tərəfindən aparılan araşdırma, 50 və daha yuxarı yaşda olan insanlarda oturma ilə beyin sağlamlığı arasındakı əlaqəni araşdırıb.

Araşdırmada qeyd edilib ki, oturaq həyat tərzi demans növləri, xüsusilə də Alzheimer xəstəliyi ilə əlaqələndirilə bilər. Mütəxəssislər tək idman etməyin kifayət etmədiyini, oturmağa sərf olunan vaxtın da azaldılması lazım olduğunu bildiriblər.

Tədqiqatda yaşı 50-dən yuxarı olan 404 könüllü bir həftə ərzində taxılan sensorlarla izlənilib. İştirakçıların 87 faizi tövsiyə olunan həftəlik ən azı 150 dəqiqəlik məşq müddətinə əməl edib. Bununla belə, gün ərzində daha uzun müddət oturanlarda beyin həcminin azalması və koqnitiv geriləmə əlamətləri aşkar edilib.

Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə müşahidə olunub. Bu bölgənin Alzheimer xəstəliyindən təsirlənən ilk beyin bölgələrindən biri olduğu bilinir.

Araşdırmaya görə, oturma vaxtı ilə beyin sağlamlığı arasında birbaşa səbəb-nəticə əlaqəsi qurulmasa da, hərəkətsizliyin artması ilə beyində yaşlanma prosesinin daha sürətli irəlilədiyi müşahidə edilib. Bu əlaqənin genetik olaraq Alzheimer xəstəliyinə meylli şəxslərdə daha da güclü olduğu aşkar edilmişdir.

Vanderbilt Universiteti Tibb Mərkəzindən Dr. Angela Jefferson izah edib: "Xüsusilə genetik riski olan şəxslərdə gün ərzində oturmağa tez-tez fasilə vermək beyin sağlamlıq üçün çox vacibdir”.

Oksana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see286

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see258

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see239

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see238

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see237

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see234

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see231

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see220

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see215

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see214

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see197

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see191

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see191

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see189

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see189

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see183

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see180

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see175

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri