Icma.az
close
up
RU
Dünyanın müxtəlif ölkələrində erməni diasporu: onların sayı və fəaliyyət istiqamətləri

Dünyanın müxtəlif ölkələrində erməni diasporu: onların sayı və fəaliyyət istiqamətləri

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tarix boyu dünyanın müxtəlif ölkələrinə köç edən ermənilər bu gün bir çox dövlətlərdə böyük diaspor icmaları formalaşdırıblar. Bu icmaların sayı, təsir dairəsi və fəaliyyət istiqamətləri yerləşdikləri regionlardan asılı olaraq dəyişir.

Məlumdur ki, ən geniş erməni diasporlarından biri ABŞ-dədi. Fərqli mənbələrə görə, bu ölkədə bir milyona yaxın erməni yaşayır. Onlar əsasən Los-Anceles və Kaliforniyanın digər şəhərlərində məskunlaşıblar. ABŞ-dakı erməni icmaları özəl məktəblər, dini icmalar, media qurumları və müxtəlif biznes strukturları vasitəsilə təşkilatlanıblar.

Avropada isə ən tanınmış erməni icmalarından biri Fransadadı. Bu ölkədə təxminən 300 minə yaxın erməni yaşayır. Fransadakı erməni icması ictimai-siyasi fəallığı, zəngin iş adamları ilə seçilir. Fransa erməniləri müxtəlif fondlar, mədəniyyət mərkəzləri və assosiasiyalar vasitəsilə fəaliyyət göstərirlər.

Cənubi Qafqazda ən qədim erməni icmalarından biri Gürcüstandadır. Təxminən 150 min nəfərdən ibarət olan bu icma əsasən Tbilisi və Cavaxetiya bölgələrində məskunlaşıb. Onların fəaliyyəti əsasən yerli mədəniyyət mərkəzləri və icma təşkilatları üzərində qurulub.

Cənubi Amerikada isə ermənilər əsasən Argentinada xüsusi fəallıq göstərirlər. Burada 100 minə yaxın erməni yaşayır, icma əsasən sahibkarlıq, ticarət və mədəniyyət sahələrində fəaldır.

Bu cür fəal erməni icmalarından biri də İranda yaşayır.  İran erməniləri daha çox İsfahanda və Tehranda məskunlaşıb,  kilsələr, məktəblər, eləcə də icma qurumları vasitəsilə öz erməniliklərini yaşadırlar.

Dünyanın ən böyük erməni diasporlarından biri də Rusiyada formalaşıb. Ermənilərin yazdığına görə, Rusiyada yaşayan ermənilərin sayı az qala, Ermənistandakı haylar qədərdi. Öz saylarını şişirtməkdə məqsədləri odur ki, Rusiyanın başına bir iş gəlsə torpaq iddiasında buluna bilsinlər. Buradakı ermənilər əsasən ölkənin cənub bölgələrində: Krasnodar, Stavropol, Rostov vilayətlərində, eləcə də Moskvada və digər böyük şəhərlərdə məskunlaşıblar.

Rusiya erməni icması biznes, ticarət, tikinti, xidmət sektoru, həmçinin media və müxtəlif kommersiya strukturlarında geniş fəaliyət göstərir. Bu icma həm də müxtəlif mədəniyət mərkəzləri və dini təşkilatlar vasitəsilə öz erməniliklərini  qorumağa çalışır.

Beləliklə, erməni diasporu dünyanın bir çox ölkəsində say və təşkilatlanma səviyəsinə görə fərqlənir. Onların fəaliyəti əsasən özlərinin uydurduğu yalançı tarixdən gələn iddiaları dünyaya yaymaq, bir məqsəd ətrafında təcili təşkilatlanmaq, biznes strukturlarının inkişafı və müxtəlif ictimai platformalarda təmsilçilik üzərində qurulub. Bu icmalar yaşadıqları ölkələrin sosial və iqtisadi həyatında aktiv rol oynamaqla yanaşı, öz aralarında xüsusilə sıx əlaqələr saxlayırlar. Belə ki onlar separatçı erməni qruplarına maddi yardımlar edir, eyni zamanda əllərinin altında bir neçə erməni terror təşkilatı bəsləyirlər.

Murad Köhnəqala

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri