Icma.az
close
up
RU
Dünyanın sülhə, sabitliyə, təhülkəsizliyə bu gün daha çox ehtiyacı var

Dünyanın sülhə, sabitliyə, təhülkəsizliyə bu gün daha çox ehtiyacı var

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

“Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində mühüm məqamlara toxunub. Ölkəmizin başçısı Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən bəhs edib. Regionda və bütövlükdə dünyada dəyişən vəziyyətin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etmədiyi bildirilib. Cənubi Qafqazda və qlobal miqyasda baş verən proseslərin xronologiyasına, kənar güclərin bölgəmizdə yenidən gərginlik, qarşıdurma yaratmaq cəhdlərinə Ermənistanın silahlandırılmasına, Fransa kimi pozucu dövlətlərin mahiyyətinə dair tutarlı arqumentlər ölkəmizin başçısının müsahibəsində mühüm yer tutub.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti növbəti dəfə özünün dərin zəkası, diplomatik bacarığı ilə regionda və qlobal miqyasda baş verən proseslərin dərin qatlarında hansı hadisələrin cərəyan etməsinə diqqət çəkib: “Azərbaycanla Rusiya arasında olan dərin münasibətlərin xarakteri önə çəkilib. Sözsüz ki, iki ölkə arasında imzalanan Bəyannamənin 30 ildən artıq bir müddətdə birlikdə keçilən yola verilən ən yüksək qiymət kimi dəyərləndirilib. Ölkəmizin başçısı da hesab edir ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. “Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisə”, – olduğunu vurğulayan cənab Prezident ikitərəfli formatın digər sahələrdə də əməkdaşlığa təkan verdiyini bildirib. Həmçinin Rusiya ətrafında baş verən proseslər də dövlətimizin başçısının müsahibəsində geniş yer verilən məsələlərdən olub. Azərbaycan Prezidenti müsahibəsində bir daha regionda və qlobal miqyasda sülhə, sabitliyə ehtiyacın olması mesajını çatdırıb. Bu gün bəzi qərb dövlətlərinin və ABŞ-ın hazırkı administrasiyasının prosesləri doğru-düzgün analiz etmək qabiliyyətlərinin yetərsizliyi ucbatından qlobal miqyasda gərgliklərin artması müşahidə edilir. Sözsüz ki, dünya birliyinin ən fəal üzvü olan Azərbaycan da qlobal miqyasda gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər. Çünki bu gün xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Reallıq odur ki, ölkə başçısının da qeyd etdiyi kimi eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə məhz Azərbaycandır. Ölkəmizin qardaş Türkiyə ilə tarixi sarsılmaz bağlarına diqqət çəkilib. Prezident İlham Əliyev də vurğulayıb ki, Azərbaycan 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. “Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir”, – deyə cənab Prezident əlavə edib. Azərbaycanın sülh tərəfdarı olduğu II Qarabağ müharibəsindən sonra bölgədə sabitliyə ehtiyacın yarandığı bildirilib. Amma buna baxmayaraq Ermənistan sülh prosesində konstruktiv addım atmaqda çətinlik çəkir. Çünki Fransa kimi ölkələr bölgədə sülhün pozulmasına xidmət edən addımlar atmağı təşviq etməklə İrəvanı təxribata yönəldir. Fakt odur ki, bu gün Ermənistan Fransa, Yunanıstan, Hindistan və digər ölkələr tərəfindən silahlandırılır ki, bu da bölgə üçün yeni risklər yaradır. Azərbaycan Prezidenti də məhz müsahibəsində Ermənistanın bu gün daha çox silahlanmasına diqqət çəkərək buna adekvat olaraq Azərbaycanın da özünün hərbi gücünü daha artırdığı vurğulanıb”.
Millət vəkili bildirib ki, - Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir: “Bu gün mövcud olduğu bütün regionlarda siyasəti iflasa uğrayan Emmanuel Makron Fransasının Cənubi Qafqazda Ermənistan vasitəsi ilə gərginliyə yol açan məkirli planları da Azərbaycan Prezidenti tərəfindən qeyd edildi. Azərbaycan sülhlə bağlı Ermənistanla bir çox məsələlərdə irəliləyiş əldə edib. Ölkə başçısının da vurğuladığı kimi sülh sazişi sənədinin 17 maddəsindənm 15-i razılaşdırılıb. Ermənistanın işğal dövründə Azərbaycana vurmuş olduğu ziyanın təqribən 150 milyard dollardan çox olduğunu bəyan edilib. Amma buna baxmayaraq tərəflərin qarşılıqlı güzəşt əsasında regiona daimi sülhün gəlməsinə görə, iradə nümayiş etdirməsinin vacibliyi önə çəkilib. Ölkəmizin başçısı müsahibəsində Avropa İttifaqının Ermənistan ərazisindəki “missiyasının” fəaliyyətinə, Fransanın neokolonializm siyasətinin mahiyyətinə də toxunub. Amma bütün bunlara baxmayaraq regionun, ümumilikdə isə dünyanın sülhə, sabitliyə, təhülkəsizliyə bu gün daha çox ehtiyacının olduğu bir daha Prezident İlham Əliyev tərəfindən bəyan edilib”.
Deputat vurğulayıb ki, ölkəmizin başçısı həmçinin Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası prosesinə toxunub: “2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planı rəsmi olaraq dərc edilib. Amma bütün bunlara baxmayaraq erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlər uğursuz oldu. Çünki o vaxt mövcud olmuş separatçı rejimin təzyiqləri və digər amillər bu prosesə əngəl idi. Sözsüz ki, uzun illər onların beynlərinə yeridilmiş yanlış ideologiyanın da burada təsiri olduqca böyükdür. Ölkəmizin başçısı həmçinin müsahibəsində Qərbi Azərbaycan İcmasının qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edildiyini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Ona görə də, Qərbi Azərbaycan İcmasının da özünün tarixi ata-baba yurduna qayıtması, orada yaşaması təmin edilməlidir. Beynəlxalq hüquq da onlara bu istiqamətdə böyük üstünlüklər verir. Sadəcə olaraq Ermənistan dövləti bu məsələdə özünün məsuliyyətini dərk edib konsturktiv addım atmalıdır. Cənab Prezidetn həmçinin bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən geniş-quruculuq işlərindən bəhs edib. Vurğulanıb ki, bölgədə Azərbaycan dövləti ilə yanaşı dost və tərəfdaş ölkələrin də olması sevindirici haldır. Bu Ermənistanın 30 il dağıdıb viran qoyduğu ərazilərin qısa zamanda bərpasına təkan vermiş olacaq”.
Sevinc Hüseynova hesab edir ki, ölkə başçısının müsahibəsində vurğuladığı kimi Azərbaycan COP29-da çox böyük təşkilati iş gördü və ölkəmiz bunun öhdəsindən şərəflə gəldi: “Cəmi 11 aya Azərbaycan COP29-un ən yüksək səviyyədə təşkilinə və keçirilməsinə nail oldu. Bu mənada COP29 həm Azərbaycan tarixində, həm də özünün tarixində mühüm əlamətdar dövr kimi daxil oldu. Ölkəmizin COP29-a ev sahibliyinə qarşı qısqanclıq, qarayaxma və onun keçirilməsinə müxtəlif üsullarla kölgə salmağa çalışanların niyyəti baş tutmadı. Azərbaycan digər mötəbər tədbirlər kimi COP29-un da yüksək səviyyədə təşkilinə nail olmaqla Bakıda mühüm tarixi qərarlar verildi. Fransa kimi ölkələrin COP29-a qarşı aparmış olduğu qarayaxma kampaniyasi iflasa uğradı. Bu müasir Azərbaycan tarixinin növbəti mərhələsi kimi tarixə düşdü”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri